...

Nissan Servisdə qış hazırlığına start verildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Dekabr 2012 13:27 (UTC +04:00)
Qış mövsümünə keçid vaxtı avtomobil sahiblərini narahat edən əsas məsələ avtomobillərinin soyuq hava şəraitində və qarlı-buzlu yollarda hərəkət etməyə nə dərəcədə hazır olduğunu yoxlamaq və mövcud çatışmazlıqları peşəkarların məsləhəti, iştirakı və zəmanəti ilə aradan qaldırmaq olur.
Nissan Servisdə qış hazırlığına start verildi

Qış mövsümünə keçid vaxtı avtomobil sahiblərini narahat edən əsas məsələ avtomobillərinin soyuq hava şəraitində və qarlı-buzlu yollarda hərəkət etməyə nə dərəcədə hazır olduğunu yoxlamaq və mövcud çatışmazlıqları peşəkarların məsləhəti, iştirakı və zəmanəti ilə aradan qaldırmaq olur. Bu zaman orijinal ehtiyat hissələrindən istifadə ikiqat vacibdir. Yalnız orijinal və zəmanətli ehtiyat hissələri avtomobilinizin və Sizin təhlükəsizliyinizi təmin edə bilər.

Bütün bu amilləri nəzərə alaraq Nurgün Motors Nissan Servis Mərkəzində 25 Dekabr 2012 - 25 Yanvar 2013 tarixində Qış Hazırlığı servis kampaniyası keçirir. Kampaniya müddətində müştərilər hərəkətli hissələrin diaqnostikası, əlaqədar ehtiyat hissələrinin qiyməti və işçilik haqqına görə 20% endirim əldə edəcəklər.

"Nurgün Motors" şirkəti 1996-cı ildən Azərbaycan bazarında NİSSAN konserninin rəsmi distribütorudur. Şirkət, Nissan markalı avtomobillərinin satışı, zəmanəti və servis xidmətləri, ehtiyat hissələrinin pərakəndə və sifarişlə satılması ilə məşğul olur. Şirkətin Bakı şəhərində 3 (Babək pr.31, Salamzadə küç.2 və Xoyski pr.104A) ünvanda, həmçinin Gəncə (Gəncə-Şəmkir şossesi 1-ci km), Şəki (M.Ə.Rəsulzadə küç.2), Lənkəran (Ləvəngi dairəsi) və Quba (Heydər Əliyev pr-ti, 33-cü məhəllə) şəhərlərində salonları fəaliyyət göstərir. "Nurgün Motors"un salonlarından alınan hər bir avtomobilə 4 il müddətinə və ya 100.000 km zəmanət verilir. "Nurgün Motors" 2007-ci ildən beynəlxalq keyfiyyət standartı İSO 9001:2008 sertifikatını əldə etmişdir və bütün fəaliyyətini bu standartın tələbləri əsasında həyata keçirir. Bütün salonların yerləşdiyi ərazilərdə eyni zamanda dünya standartlarına cavab verən ən son texnologiya və avadanlıqlarla təchiz olunan servis mərkəzləri istifadəyə verilmişdir.

"Nurgün Motors" müştərilərinə təqdim etdiyi servis xidmətlərinə görə müxtəlif vaxtlarda nüfuzlu mükafatlara layiq görülmüşdür.
Əlavə məlumat üçün ünvanlar və telefonlar:
Ünvanlar: Bakı şəhəri, Babək pr-ti 41, Salamzadə küç.2 (Nəqliyyat Nazirliyinin yanı)
Telefon: (+99412) 430 90 90, 448 38 38
Gəncə şəhəri, Gəncə-Şəmkir şossesi 1-ci km
Telefon: (+994 22) 256 57 00
Şəki şəhəri, M.Ə.Rəsulzadə küç.2
Telefon: (+994 44) 277 13 97
Lənkəran şəhəri, Ləvəngi dairəsi
Telefon: (+994 25) 254 24 18
Quba şəhəri, Heydər Əliyev pr-ti, 33-cü məhəllə
Telefon: (+994 23) 5 61 57
E-mail: [email protected]
Rəsmi sayt: www.nissan.az
Facebook səhifəsi: www.facebook.com/NissanAzerbaijan

Məqalədə:
Xəbər lenti

Xəbər lenti