...

Azərbaycan Koreyanın xüsusi iqtisadi zonalar və sənaye parklarının yaradılması təcrübəsini öyrənir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2012 18:18 (UTC +04:00)
"Azərbaycanda Xüsusi İqtisadi Zonaların (XİZ) və Sənaye Şəhərciklərinin İnkişafı Layihəsi" çərçivəsində İqtisadi İnkişaf Nazirliyində koreyalı ekspertlərlə görüş keçirilib.
Azərbaycan Koreyanın xüsusi iqtisadi zonalar və sənaye parklarının yaradılması təcrübəsini öyrənir

Azərbaycan, Bakı, 28 dekabr /Trend/

"Azərbaycanda Xüsusi İqtisadi Zonaların (XİZ) və Sənaye Şəhərciklərinin İnkişafı Layihəsi" çərçivəsində İqtisadi İnkişaf Nazirliyində koreyalı ekspertlərlə görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Kim Eun-Suk və Koreya Sənaye Kompleksləri Korporasiyasının (KICOX) Sənaye Yerləşməsi Tədqiqat İnstitutunun icraçı direktoru Jonq On Yoon həyata keçirilən layihənin, parkların yaradılması və idarə olunması sahəsində beynəlxalq təcrübənin öyrənilməsinin ölkəmiz üçün əhəmiyyətini vurğulayaraq, Azərbaycan və Koreya arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafından danışıblar.

Görüşdə sənayenin yerləşdirilməsi siyasəti və sənaye parklarının inkişafı, onların yaradılma mərhələləri, inkişaf strategiyaları, insan resurslarının gücləndirilməsi və digər məsələlər müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti