...

Azərbaycanda gömrük əməliyyatlarında elektron imzaların tətbiqinə başlanılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2013 12:47 (UTC +04:00)
Azərbaycanda gömrük əməliyyatlarının aparılması zamanı xarici iqtisadi əməliyyatların iştirakçıları elektron rəqəmsal imzalardan istifadə edə bilərlər.
Azərbaycanda gömrük əməliyyatlarında elektron imzaların tətbiqinə başlanılıb

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir A.Axundov /

Azərbaycanda gömrük əməliyyatlarının aparılması zamanı xarici iqtisadi əməliyyatların iştirakçıları elektron rəqəmsal imzalardan istifadə edə bilərlər.

Trend-in məlumatına görə, Dövlət Gömrük Komitəsinin (DGK) Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisi İqbal Babayev çərşənbə günü jurnalistlərə bildirib ki, gömrük əməliyyatlarında elektron imza birinci aydır tətbiq edilir.

"Elektron imzaların tətbiqi nəticəsində kağız sənəd dövriyyəsinin həcmi ciddi şəkildə azalıb", - Babayev deyib.

Bir müddət əvvəl DGK-nın rəhbəri Aydın Əliyev Trend-ə bildirmişdi ki, 2013-cü ildə Azərbaycanın gömrük xidmətində elektron ödəniş sistemi hazırlanacaq və tətbiq ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti