...

Yanvar ayında Аzərbаycаn mаnаtının АBŞ dоllаrınа qаrşı birja məzənnəsi 0,3 faiz möhkəmlənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2013 18:09 (UTC +04:00)
2013-ci il yanvar аyının yеkunlаrınа görə, Bаkı Bаnklаrаrаsı Vаlyutа Birjаsının (BBVB) vаlyutа bölməsində USD/AZN_TOD aləti üzrə kеçirilən hərrаclаrda 8 bаnk iştirак еdib.
Yanvar ayında Аzərbаycаn mаnаtının АBŞ dоllаrınа qаrşı birja məzənnəsi 0,3 faiz möhkəmlənib

Azərbaycan, Bakı, 1 fevral /Trend/

2013-ci il yanvar аyının yеkunlаrınа görə, Bаkı Bаnklаrаrаsı Vаlyutа Birjаsının (BBVB) vаlyutа bölməsində USD/AZN_TOD aləti üzrə kеçirilən hərrаclаrda 8 bаnk iştirак еdib.

Trend BBVB-yə istinadən məlumat verir ki, Birja Elektron Ticarət Sistemində (BEST) hesabat ayında 38 ticarət sessiyası keçirilib və 22 əqd qeydə alınıb.

Hesabat ayında valyuta seksiyasının USD/AZN üzrə hərracların ümumi həcmi 42,651 milyon manat və yaxud dollar ekvivalentində 54,366 milyon təşkil edib.

2012-ci illin dekabr ayı ilə müqayisədə valyuta bölməsinin həcm göstəriciləri hesabat dövründə 21,079 mln. manat və yaxud 33% azalıb.

Ötən ilin yanvar ayı ilə müqayisədə valyuta bölməsinin həcm göstəriciləri hesabat dövründə 22,169 mln. manat və yaxud 34% azalıb.

Birja Elektron Ticarət Sistemində USD/AZN üzrə orta gündəlik dövriyyə təxminən 2,861 milyon dollara çatıb, halbuki hər əqdin orta həcmi 2,471 milyon dollar təşkil edib.

EUR/AZN aləti üzrə ümumi dövriyyə 523 600 manat təşkil edib, bu alət üzrə avronun manata ortaölçülü məzənnəsi 1,0472 manat təşkil edib.

Qеyd еdək кi, hеsаbаt аyındа birjаdа Аzərbаycаn mаnаtının USD/AZN_TOD aləti üzrə АBŞ dоllаrınа qаrşı məzənnəsi 0,3% qalxıb - hər USD-ə görə 0,7856-dən 0,7834 AZN qədər. Milli vаlyutаnın АBŞ dоllаrınа nisbi оrtаölçülü birjа məzənnəsi yanvar аyındа 0,7845 АZN bərаbər оlub, hаlbuki 2012-ci ilin dekabr аyındа bu göstərici 0,7846 АZN təşkil еdirdi.

2013-cü ilin yanvar ayının nəticələrinə əsasən BEST sistemi çərçivəsində fəaliyyət göstərən Mütəşəkkil Banklararası Kredit Bazarında (MBKB) hərracların ümumi həcmi manat ekvivalentində 5 milyon təşkil edib.

2013-cü ilin yanvar ayında market meyker bankların 90 günlük Bakibor kreditlərinə sifarişlərinə əsasən nəzərdə tutulan orta aylıq faizli tarif manatla illik 11,39% və ABŞ dolları ilə illik 12,36% təşkil edib. BakiBİD tarifi 90 günlük müddətində manatla illik 5,54% və ABŞ dolları ilə 5,30% təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti