...

Azərbaycan ilə Rusiya arasında əmtəə dövriyyəsi rekord səviyyəyə çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2013 16:39 (UTC +04:00)
2013-cü ildə Azərbaycanla Rusiya arasında əmtəə dövriyyəsi yeni rekord göstəricilərə çata bilər.
Azərbaycan ilə Rusiya arasında əmtəə dövriyyəsi rekord səviyyəyə çatıb

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir A.Axundov/

2013-cü ildə Azərbaycanla Rusiya arasında əmtəə dövriyyəsi yeni rekord göstəricilərə çata bilər. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) iclasında bildirib.

"11 ayın yekunları üzrə əmtəə dövriyyəsi 3,2 milyard dollara çatıb ki, bu da iki ölkənin münasibətlərinin bütün tarixi ərzində rekorddur. Ticarət ötən ilin analoji dövrü ilə müqayisədə 23,3 faiz artıb. Biz ilin yekunları üzrə 3,3-3,5 milyard dollaradək artım gözləyirik. Belə artım templərinin nəzərə alaraq, 2013-cü ildə yeni rekord gözləyirik", - Doroxin qeyd edib.

Bu gün MDB ölkələri arasında Azərbaycan Rusiyanın ticarət tərəfdaşları siyahısında Özbəkistanla dördüncü və beşinci yerləri bölüşür.

Doroxinin sözlərinə görə, Azərbaycana Rusiyadan ixrac olunan malların arasında avadanlıqlar, nəqliyyat vasitələri, metal məhsullar, kimya sənayesi məhsulları və başqa mallar üstünlük təşkil edir. Azərbaycandan ixrac məhsullarının 60 faizini mineral resurslar, 30 faizini isə ərzaq və kənd təsərrüfatı məhsulları təşkil edir.

Səfir bildirib ki, yaxın vaxtlarda Rusiyanın Azərbaycanın ən iri ixracatçıları siyahısında Türkiyəyə çata biləcəyi istisna edilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti