...

"Unibank" vergi işçilərinə endirimli kredit təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Fevral 2013 16:42 (UTC +04:00)
"Unibank" vergi işçilərinin peşə bayramı münasibətilə xüsusi kredit aksiyasına başlayıb.
"Unibank" vergi işçilərinə endirimli kredit təklif edir

Azərbaycan, Bakı, 11 fevral /Trend/

"Unibank" vergi işçilərinin peşə bayramı münasibətilə xüsusi kredit aksiyasına başlayıb.

Bankdan Trend-ə verilən məlumata görə, fevralın 11-dən martın 11-dək davam edəcək aksiya çərçivəsində vergi əməkdaşları Unibank-dan 2 faiz endirimlə kredit ala biləcəklər. 3-30 ay müddətli kreditin maksimal həcmi 5000 manatdır. Minimal əmək haqqına tələbin olmadığı krediti Azərbaycan Respublikasında qeydiyyatda olan hər bir vergi işçisi ala bilər.

Unibank-da arayışsız kreditlərin verilməsi ilə bağlı kampaniya davam edir. Bu kampaniya çərçivəsində iş yerindən arayış təqdim etmədən, yalnız şəxsiyyət vəsiqəsi ilə, bankın bütün paytaxt və rayon filiallarından 5000 manatadək kredit ala bilər. Vətəndaşların böyük marağına səbəb olan arayışsız kreditləri əhali üçün daha da sərfəli etmək məqsədilə, Unibank faiz dərəcələrini kəskin aşağı salıb.

Bankın yeni aksiyası çərçivəsində, müştərilər 6% daha ucuz kredit əldə edə bilərlər. 6 faiz daha ucuz kreditlər 3 aydan 6 ayadək müddətə götürülən kreditlərə şamil edilir. Başqa banklarda kredit borcu olanlara da arayışsız kredit verilir. Unibankın 6 aya 6 faiz endirimli, arayışsız kredit kampaniyası fevralın 28-dək qüvvədədir.

Unibankın nağd kreditlərində minimal əmək haqqına və paytaxt qeydiyyatına tələb yoxdur.

Qeyd edək ki, Unibank nağd kredit götürən hər bir müştərisi üçün maksimal yaş həddini də 65-dən 70-ə qaldırıb. Artıq 20 yaşdan yuxarı və kreditin bitmə müddətinə 70 yaşı tamam olan hər bir ölkə vətəndaşı bankın kreditindən faydalana biləcək.
Müştərilərinə bütün həftəni xidmət etmək üçün Unibankın filialları, şənbə günlərini də tam iş qrafikinə keçib. Filiallalar nahar fasiləsiz işləyir. Bankın Bülbül pr. 10 ünvanında, "Sahil" metrostansiyasının yaxınlığında yerləşən eyni adlı filialı günün 24 saatı fəaliyyətdədir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (http://unibank.az/) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti