...

Azərbaycanda kənd təsərrüaftı məhsullarının istehsalçılarına subsidiyaların verilməsinə başlandı

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Fevral 2013 18:29 (UTC +04:00)
Bu gün Kənd Təsərrüfatı Nazirliyində kənd təsərrüfatı naziri İsmət Abasovun rəhbərliyi ilə kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət tərəfindən büdcə vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin dəyərinin 50 faizinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.
Azərbaycanda kənd təsərrüaftı məhsullarının istehsalçılarına subsidiyaların verilməsinə başlandı

Azərbaycan, Bakı, 14 fevral /Trend/

Bu gün Kənd Təsərrüfatı Nazirliyində kənd təsərrüfatı naziri İsmət Abasovun rəhbərliyi ilə kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət tərəfindən büdcə vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin dəyərinin 50 faizinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, komissiyanın sədri, kənd təsərrüfatı naziri İsmət Abasov qeyd edib ki, Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə" Nazirlər Kabinetinin 13 iyun 2008-ci il tarixli qərarlarının icrasına uyğun olaraq, 2012-və 2013-cü illərdə kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştli qiymətlə satışı və onların dəyərinin 50 faizinin dövlət vəsaiti hesabına ödənilməsi üçün satıcı təşkilatlardan və rayon komissiyalarından sənədlərin daxil olması davam edir.

Komissiya 9 satıcı təşkilat, o cümlədən, "Aqrolizinq" ASC, "Aqrokimya" MMC, "İ.E.R. LTD" MMC, "Azər Şəkər İstehsalat Birliyi" MMC, "MKT İK" MMC, "Pərviz İKF" MMC, "Aqrolayn QRUP" MMC və "Elçin" MMC və "Mikro Az Feed" MMC üzrə Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli qərarı ilə təsdiq olunmuş "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları"nın 1.2, 2.3 və 2.8 maddələrinə və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə" Nazirlər Kabinetinin 13 iyun 2008-ci il tarixli qərarının 2.1, 2.3 və 5-ci maddələrinə uyğun olaraq, 4215 nəfər istehsalçıya 56172,42 hektara görə 50 faiz güzəştlə satılmış 8294,4 ton mineral gübrə üçün 2 milyon 503 min 342 manat dövlət büdcəsi vəsaitinin onların hesabına ödənilməsi barədə qərar qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti