...

Əbülfəs Qarayev: Azərbaycan Avropada liderlik edən turizm istiqamətlərindən biri olmağa çalışır

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Fevral 2013 11:52 (UTC +04:00)
Azərbaycan Avropada liderlik edən turizm istiqamətlərindən biri olmağa çalışır. Trend-in məlumatına görə,bu barədə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Amerikanın "Huffington Post” qəzetinə müsahibəsində bildirib.
Əbülfəs Qarayev: Azərbaycan Avropada liderlik edən turizm istiqamətlərindən biri olmağa çalışır

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir E.Tariveriyeva/

Azərbaycan Avropada liderlik edən turizm istiqamətlərindən biri olmağa çalışır. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Amerikanın "Huffington Post" qəzetinə müsahibəsində bildirib.

Qarayev ötən il Azərbaycanda keçirilən iki iri beynəlxalq hadisə - "Eurovision-2012" və 17 yaşlı qadınlar arasıında keçirilən Dünya çempionatından danışıb.

"Təşkilatçıların rəyinə görə, hər iki tədbir uğurla həyata keçirilib. Avropanın və dünyanın hər yerindən gəlmiş komandaların üzvləri, məşqçilər, ifaçılar, jurnalistlər ölkəyə və onun paytaxtı Bakıya son dərəcə valeh olublar", - nazir bildirib.

Onun sözlərinə görə, Azərbaycan Avropada liderlik edən turizm istiqamətlərindən biri olmağa çalışır.

"Biz daha çox böyük beynəlxalq turlar açmaq istəyirik. "Eurovision-2012" sübut etdi ki, Azərbaycan çox qonaqpərvər və xeyirxah ölkədir. Biz istəyirik ki, turistlər təkcə Bakını deyil, Azərbaycanın bir sıra gözəl regionlarını da araşdırsınlar. Bundan başqa, Azərbaycan təkcə yazda və yayda deyil, payızda və qışda da səfər etmək üçün yaxşı yerdir. Bunun üçün biz "Şahdağ" dağ-xizək kurortunu açmışıq. Artıq gələn il orada iki yeni hotel açılacaq", - Qarayev deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti