...

"Bank of Baku" xanımlar üçün güzəştli kampaniyanın tətbiq şəbəkəsini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2013 13:56 (UTC +04:00)
Qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə "Bolkart" Azərbaycan xanımlarına yeni bir sürpriz edir. Artıq "Bolkart" sahibləri tanınmış ətriyyat brendlərini "Sabina Parfümeriya və Kosmetika" mağazalar şəbəkəsindən əldə edə bilərlər.
"Bank of Baku" xanımlar üçün güzəştli kampaniyanın tətbiq şəbəkəsini genişləndirir

Azərbaycan, Bakı, 1 mart/Trend/

Qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə "Bolkart" Azərbaycan xanımlarına yeni bir sürpriz edir. Artıq "Bolkart" sahibləri tanınmış ətriyyat brendlərini "Sabina Parfümeriya və Kosmetika" mağazalar şəbəkəsindən əldə edə bilərlər.

Bankdan cümə günü Trend-ə verilən məlumata görə, "Bolkart"lılar eyni zamanda 1-10 mart tarixlərində "Sabina Parfümeriya və Kosmetika" mağazalarında bütün mallara 35 faizədək endirimdən də faydalana bilərlər.

Beləliklə, ölkəmizin parfümeriya sektorunun aparıcı şəbəkələrindən biri olan "Sabina Parfümeriya və Kosmetika"da indi hər bir "Bolkart" sahibi alış-veriş edib, aldığı məhsulun dəyərini 3-6 aya hissə-hissə ödəyə bilər.

Xatırladaq ki, bu gün "Bolkart"dan artıq 65 000-dən çox Azərbaycan vətəndaşı gündəlik istifadə edir. Bu kartla ölkəmizin 600-dən çox geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası mağazalarında, həmçinin restoran və supermarketlərdə alış-veriş etmək olar. Tam siyahı ilə www.bolkart.az saytından tanış olmaq olar.

"Bolkart"ın üstünlükləri ilə yaxından tanış olmaq üçün "Bank of Baku"-nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq, habelə http://www.facebook.com/Bolkart sosial şəbəkəsinə baş çəkmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti