...

Fevral ayında Azərbaycanda inflyasiya 0,5 faiz olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Mart 2013 12:33 (UTC +04:00)
2013-cü ilin fevral ayında istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,5 faiz bahalaşıb.
Fevral ayında Azərbaycanda inflyasiya 0,5 faiz olub

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir A. Axundov/

2013-cü ilin fevral ayında istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,5 faiz bahalaşıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir.

Fevral ayı ərzində ərzaq məhsullarının qiymətləri 1,0 faiz bahalaşıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin qiymətləri isə əvvəlki ayla eyni səviyyədə qalıb.

Ay ərzində unun, qarabaşaq yarmasının, makaronun, mal və qoyun ətinin, təzə balığın, pasterizə olunmamış üzlü südün, qatığın, yumurtanın, kərə yağının, şəkər və şəkər tozunun, limonun, portağalın, göyərtinin, çuğundurun, kökün, kartofun qiymətlərində ucuzlaşma baş verib.

Düyünün, manna yarmasının, çörəyin, vermişel və spaqettinin, toyuq ətinin, kolbasa məmulatlarının, pasterizə olunmuş üzlü südün, xamanın, pendirin, bitki yağlarının, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, şabalıdın, kələmin, xiyar və pomidorun, bibərin, sarımsağın qiymətlərində bahalaşma müşahidə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti