...

"DE BEERS DIAMOND JEWELLERS" Bakida ilk dükanını açib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Mart 2013 11:24 (UTC +04:00)
"De Beers, The Jeweller of Light" (İşıq Zərgəri) Azərbaycanın paytaxtında öz birinci dükanını açıb. Şəhərin sahil zolağına yaxın əsas hissəsində yerləşən bu gözəl məkan şəhərin əsas alış-veriş yerlərindəndir.
"DE BEERS DIAMOND JEWELLERS" Bakida ilk dükanını açib

Azərbaycan, Bakı, 18 mart / Trend/

"De Beers, The Jeweller of Light" (İşıq Zərgəri) Azərbaycanın paytaxtında öz birinci dükanını açıb. Şəhərin sahil zolağına yaxın əsas hissəsində yerləşən bu gözəl məkan şəhərin əsas alış-veriş yerlərindəndir. Bakıdakı dükan zinət əşyalarının və zərgərlik məmulatlarının satışı üzrə regionda fəal iştirakçı kimi güclü mövqelərə malik olan PNN Şirkətlər Qrupu tərəfindən idarə olunacaqdır.

Bu yeni dükanı ilə "De Beers" brilyantlar aləmində malik olduğu 125 illik misilsiz təcrübəni və həvəsi canlı Bakı şəhərinə gətirir. Bu yeni məkanda müştəriləri brilyantların təbii gözəlliyini və əbədi mistik cazibəsini kəşf etməyə dəvət edən "De Beers"in şüşə və işıq elementlərinə üstünlük verilən nadir dizayn konsepsiyası əsasında tərtib olunmuş dükanı təqdim olunur. "De Beers" brendinin gözəl sənət əsərləri bu çərçivədə, o cümlədən heyrətləndirici soliterlərlə, əbədi klassik və Yüksək Zərgərlik Kolleksiyasına daxil olan nadir sənət əsərləri ilə canlandırılır.

"De Beers Diamonds Jewellers" şirkətinin İcraçı Direktoru François Delage öz fikirlərini belə izah edir: "Biz azərbaycanlı müştərilərimizi dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən bütün dükanlarımızda salamlayırıq, indi isə biz onlara Azərbaycanda xidmət göstərmək imkanına malik olduğumuza sevinirik. 2011-ci ildə Almatı şəhərində dükanımızın açılışından sonra bu, brendimizin bu əhəmiyyətli regionda yaradılması istiqamətində baş verən əsas hadisədir. Biz gələcəkdə AzMeCo Şirkətlər Qrupu ilə sıx əməkdaşlıq etmək ümidindəyik. Onların Azərbaycanda zərgərlik məmulatlarının satışı sahəsində təcrübəsi onları De Beers üçün əla tərəfdaşlara çevirir."

PNN Şirkətlər qrupunun icraçı direktoru Nəsib Piriyev açılışla əlaqədar bunları deyib: "Biz Bakıda De Beers brendinin adını daşıyan dükanın açılması ilə fəxr edirik. De Beers brilyant zərgərlik məmulatları sahəsinin böyük mütəxəssisləridir və biz brilyantların seçilməsi, yüksək iş ustalığı və brilyant zərgərlik məmulatlarının dizaynı sahəsində bu brendin malik olduğu müstəsna həvəsi və təcrübəni bu yeni bazarda onlarla bölüşmək imkanını əldə etdiyimizə görə çox məmnunuq."

Qeyri-adi Atəş, Həyat və Parıltı amillərinə malik olmasını təmin etmək üçün hər bir De Beers almazı gözəlliyinə görə incə xırdalığına qədər dəqiqliklə əllə seçilir. Bunu nümayiş etdirmək üçün De Beers brendi altında işləyən bütün dükanlar müştərilərin hər bir brilyantın gözəlliyini mütəxəssis gözü ilə aydın şəkildə görə bilməsinə kömək edən nadir "De Beers Iris" texnologiyası ilə təchiz edilib.

Londonun Old Bond Street küçəsi, Nyu Yorkun Beşinci Avenyu küçəsi, Parisin Printemps və Galeries Lafayette küçələri, Pekində Shin Kong Place, Şanxayda IFC, Honq Konqda The Landmark və Tokioda Ginza daxil olmaqla, ən populyar yerlərdə mağazaları olan De Beers dünyanın, demək olar ki, bütün bölgələrində fəaliyyət göstərir.

"De Beers Diamond Jewellers" müstəqil idarə olunan və fəaliyyət göstərən bir müştərək şirkət kimi dünyanın aparıcı zinət məhsulları qrupu olan LVMH Moёt Hennessy Louis Vuitton və dünyada almazların istehsalı və satışı üzrə birinci yeri tutan De Beers SA şirkəti tərəfindən 2001-ci ildə yaradılmışdır.

De Beers Bakıdakı dükanının ünvanı:

De Beers Diamond Jewellers

Neftçilər Prospekti 121

Bakı AZ1000

Məqalədə:
Xəbər lenti

Xəbər lenti