...

"Bank of Baku" bayram günlərində də fəaliyyət göstərəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2013 17:49 (UTC +04:00)
Novruz bayramı ilə əlaqədar 20-21 mart tarixlərində "Bank of Baku"da qeyri-iş günləridir.
"Bank of Baku" bayram günlərində də fəaliyyət göstərəcək

Azərbaycan, Bakı, 19 mart /Trend/

Novruz bayramı ilə əlaqədar 20-21 mart tarixlərində "Bank of Baku"da qeyri-iş günləridir.

Bankdan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, lakin 22, 23, 25 və 26 mart tarixlərində bankın paytaxtdakı Baş İdarəsi, "Mərkəz", "Otoplaza", "Neftçilər", "Əhmədli" və "Babək" filialları işini bərpa edəcək və 09:00-dan 17:00-dək müştərilər üçün açıq olacaq. Eyni zamanda, 25-26 mart tarixlərində "Azneft" və "Nəsimi" filialları müştərilərə bütün növ xidmət göstərəcək.

Öz növbəsində, bankın regionlardakı filiallarından Sumqayıt, Şəki və Gəncə filialları 22, 23, 25 və 26 mart tarixlərində saat 09:00-dan 13:00-dək bütün növ xidmətlər göstərəcək.

Bankın digər filiallarında 20-26 mart 2013-cü il tarixlərində qeyri-iş günləridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti