...

"Bank of Baku"dan "Bank krediti sifarişi" xidməti

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Aprel 2013 18:00 (UTC +04:00)
"Bank of Baku" və 118 Məlumat-Sorğu Xidməti müştərək "Bank krediti sifarişi" xidmətinə start verirlər.
"Bank of Baku"dan "Bank krediti sifarişi" xidməti

Azərbaycan, Bakı, 1 aprel /Trend/

"Bank of Baku" və 118 Məlumat-Sorğu Xidməti müştərək "Bank krediti sifarişi" xidmətinə start verirlər.

Bankdan bazar ertəsi Trend-ə verilən məlumata görə, "Bank krediti sifarişi" xidmətindən "Bank of Baku"nun məhsul və xidmətlərindən faydalanmaq istəyən hər bir vətəndaş bəhrələnə bilər.

Müştəri 118 xidməti vasitəsilə sifarişini edəndən sonra bank 1 iş günü ərzində mütəri ilə əlaqə saxlayır və ona hansı məbləğdə kredit ala biləcəyini bildirilir.

"Bank krediti sifarişi" xidmətinin əsas üstünlüklərindən biri müştərinin illik faiz dərəcəsindən 2%-lik endirimdən faydalanması və növbədənkənar kredit əldə etmə imkanıdır. "Bank krediti sifarişi" xidmətinin haqqı 118 xidmətinin standard tarifi ilə eynidir.

118 Məlumat Sorğu Xidməti istifadəçilər üçün məlumatların daha asan, istənilən vaxt, istənilən yerdən əldə olunmasına yardım edən bir vasitədir. Xidmət daimi yenilənən məlumat bazasıdır. 118 Məlumat-Sorğu Xidmətinə zəng etmək üçün həm şəhər telefonlarından, həm də Azərbaycanda fəaliyyət göstərən bütün mobil operatorlardan sadəcə 118 yığmaq kifayətdir.

"Bank krediti sifarişi" xidməti ilə yaxından tanış olmaq üçün "Bank of Baku"nun sosial şəbəkə səhifəsi - www.facebook.com/bankofbaku ünvanına baş çəkmək kifayətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti