...

“Unibank” bahar kampaniyasının müddətini uzadıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2013 12:21 (UTC +04:00)
Əhalinin böyük tələbatının olması səbəbindən “Unibank” ASC bahar kampaniyasının müddətini uzadıb.
“Unibank” bahar kampaniyasının müddətini uzadıb

Azərbaycan, Bakı, 4 aprel /Trend/

Əhalinin böyük tələbatının olması səbəbindən "Unibank" ASC bahar kampaniyasının müddətini uzadıb. Bu barədə Trend-ə cümə axşamı bankdan daxil olan məlumatda bildirib.

Artıq aprelin 30-dək "Unibank"dan nağd kredit alan hər bir müştəriyə, Visa Alkart kredit kartı hədiyyə olunacaq. Bayram hədiyyəsi olan 500 AZN limitli bu kart pulsuz verilir və heç bir komisyon haqq ödənilmədən rəsmiləşdirilir. Kartdakı kredit vəsaitindən 35 gün müddətində faiz ödəmədən istifadə etmək mümkündür. Əgər sizin hələ də sərfəli Visa Alkartınız yoxdursa, aprelin sonunadək istənilən "Unibank" filialından nağd kredit götürməklə, bu kartı əldə edə bilərsiniz.

"Unibank"ın mayın 15-dək davam edən " Yaşlı olmaq sərfəlidir" aksiyası çərçivəsində, yaşlı insanlara daha güzəştli şərtlərlə - 3,5 % endirimlə kredit verilir. Aksiyanın şərtlərindən 50 yaşdan 70 yaşadək, gəliri olan hər bir Azərbaycan vətəndaşı iş yerindən arayış və ya təqaüd haqqında arayış təqdim etmədən 5000 manatadək nağd kreditdən faydalana bilər. Bu aksiyadan digər banklara borcu olan və ya indiyədək adına kredit olmayan vətəndaşlar da faydalana bilər.

"Unibank"-da arayışsız kreditlərin verilməsi ilə bağlı kampaniya da davam edir. Bu kampaniya çərçivəsində iş yerindən arayış təqdim etmədən, yalnız şəxsiyyət vəsiqəsi ilə, bankın bütün paytaxt və rayon filiallarından 5000 manatadək kredit ala bilər. "Unibank"ın nağd kreditlərində minimal əmək haqqına və paytaxt qeydiyyatına tələb yoxdur. 6 ay müddətinə rəsmiləşdirilən kreditlərə 6% endirim edilir.

Qeyd edək ki, "Unibank" nağd kredit götürən hər bir müştərisi üçün maksimal yaş həddini də 65-dən 70-ə qaldırıb. Artıq 20 yaşdan yuxarı və kreditin bitmə müddətinə 70 yaşı tamam olan hər bir ölkə vətəndaşı bankın kreditindən faydalana biləcək. Müştərilərinə bütün həftəni xidmət etmək üçün "Unibank"ın filialları, şənbə günlərini də tam iş qrafikinə keçib. Filiallalar nahar fasiləsiz işləyir.

Əlavə olaraq, müştərilərin rahatlığını təmin etmək məqsədilə Unidirect xidməti də fəaliyyət göstərir. Bu xidmətdən istifadə etmək üçün, müştərilər arzu etdikləri məbləğdə kreditin həcmini yazıb, öz elektron ünvanlarından [email protected] ünvanına göndərməlidirlər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti