Azərbaycan, Bakı, 20 aprel /Trend/
Aprelin 25-dən etibarən " Unibank " ASC-nin imtiyazlı adlı sənədsiz səhmlərinin emissiya prospektinin yerləşdirilməsinə başlanır. Bu barədə şənbə günü Trend-ə Bakı Fond Birjasından (BFB) bildiriblər.
"Bank səhmlərinin BFB-nin qeyri-kotirovka vərəqəsinə salınması ilə bağlı müraciət edib", - birjadan deyiblər.
Emissiya prospektinə hər birinin nominal dəyəri 2,72 manat olan 1 102 950 səhm daxildir.
Sövdələşmənin anderrayteri qismində " Unicapital" ASC çıxış edir.
Ödənilmiş nizamnamə kapitalı 61 565 160 manat təşkil edir.