...

"Bank Silk Way" kapitalını 3 dəfəyə qədər artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2013 11:39 (UTC +04:00)
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “Bank Silk Way” 23,54 milyon manat həcmində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
"Bank Silk Way" kapitalını 3 dəfəyə qədər artırır

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir A. Axundov/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Bank Silk Way" 23,54 milyon manat həcmində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü QKDK-nın yaydığı məlumatda deyilir.

Emissiya paketinə hər birinin nominal dəyəri 138 manat olan 170590 min istiqraz daxildir.

Hazırda bankın nizamnamə kapitalı 70,19 milyon manatdan təşkil edir. Emissiyaların yerləşdirilməsindən sonra bu göstərici 93, 73 milyon manata çatacaq.

Son məlumatlara görə, bankın kapitalının səviyyəsi artıq Azərbaycan Mərkəzi Bankının 2014-cü il yanvarın 1-nə məcmu kapitalın minimum həcmi üzrə yeni tələbini (50 milyon manat) üstələyir. Lakin buna baxmayaraq bank öz kapitalını artırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti