...

İqtisadi inkişaf naziri Samuxda vətəndaşları qəbul edib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 May 2013 15:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 may /Trend/

Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev mayın 4-də Samuxda Goranboy, Göygöl, Daşkəsən, Samux, Kəlbəcər, Xocalı rayonlarından, Gəncə və Naftalan şəhərlərindən olan vətəndaşları qəbul edib.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbula gələnlər, əsasən, güzəştli kreditlərin verilməsi, sahibkarlıq fəaliyyəti, istehlakçıların hüquqlarının müdafiəsi, işə qəbul, eləcə də digər məsələlərlə bağlı müraciət ediblər.

Qəbul zamanı vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir sıra müraciətlər üzrə məsələlər yerindəcə həll edilib. İqtisadi İnkişaf Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qeyd edək ki, iqtisadi inkişaf nazirinin Samuxda vətəndaşları qəbul edəcəyi barədə əvvəlcədən kütləvi informasiya vasitələrində məlumatlar verilmiş, bu məlumatlarda qəbulun təşkilinə dair əlaqə vasitələri göstərilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti