Azərbaycan, Bakı, 7 may /Trend/
Bu il iyunun 6-9-da Türkiyənin İstanbul şəhərində "Animalia İstanbul 2013" Heyvandarlıq Texnologiyalarinin Beynəlxalq Ticarət Sərgisi keçiriləcək.
Türkiyənin qabaqcıl ticarət sərgilərindən olan və artıq 10-cu ildönümünü qeyd edən "Animalia Istanbul 2013" İstanbul Expo Mərkəzində düzənlənəcək.
Sərgidə, əsasən xammal istehsalı və tədarük sistemləri, sağma və soyutma, iribuynuzlu və xırdabuynuzlu heyvanların sağlamlıq və gigiyenası üçün nəzərdə tutulmuş məhsullar və digər müasir texnologiyalar nümayiş olunacaq.
Sərgi çərçivəsində, Türkiyənin İqtisadiyyat Nazirliyi və İxracatçılar Assosiyasiyası ixracın artırılması, ixrac məhsullarının şaxələndirilməsi, yeni bazarlara çıxış və bazardakı payın artırılması məqsədilə alıcı qrupları təşkil edir. Azərbaycan, Belarus, Bosniya və Herseqovina, Əlcəzair, Mərakeş, Fələstin, İraq, İran, Qazaxıstan, Livan, Makedoniya, Misir, Özbəkistan, Rusiya, Sudan, Səudiyyə Ərəbistanı, Serbiya, Tunis və İordaniyadan olan yüksək vəzifəli icraçıların iştirak edəcəyi "Animalia Istanbul 2013" sərgisi dünyanın müxtəlif ölkələrindən yüzlərlə alıcı qruplarını bir araya gətirəcək.
On illik təcrübəyə əsaslanan, fermer və investorların 1 nömrəli seçiminə çevrilmiş sərgi bu sənayenin ən yeni texnologilarını sərgiləməklə iştirakçılar və ziyarətçilər üçün geniş imkanlar yaradır və heyvandarlıq sektorunun inkişafı üçün ideal platforma təqdim edir.