...

Prezident İlham Əliyev: Azərbaycan iqtisadiyyatının gələcəyi çox cəlbedici görünür

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 May 2013 12:57 (UTC +04:00)
Azərbaycanda çox güclü özəl sektor formalaşdırılıb və iqtisadi baxımdan ölkənin gələcək inkişafı çox cəlbedici görünür. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Birinci Cənubi Qafqaz Forumunda çıxış edərkən bildirib.
Prezident İlham Əliyev: Azərbaycan iqtisadiyyatının gələcəyi çox cəlbedici görünür

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir S. Əliyev/

Azərbaycanda çox güclü özəl sektor formalaşdırılıb və iqtisadi baxımdan ölkənin gələcək inkişafı çox cəlbedici görünür. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Birinci Cənubi Qafqaz Forumunda çıxış edərkən bildirib.

"Azərbaycan hökuməti iqtisadi islahatları həyata keçirə bildi. İqtisadi inkişaf baxımından ölkədə keçid dövrü başa çatdırılıb və hazırda Azərbaycan iqtisadiyyatının 83 faizi özəl sektorda təmsil olunub", - Prezident İlham Əliyev qeyd edib.

Dövlət başçısı deyib ki, hazırda prioritet istiqamətlər iqtisadiyyatın qeyri-enerji sektorunun inkişafı və onun şaxələndirilməsidir.

Prezidentin sözlərinə görə, 2013-cü ilin I rübü 11 faizi ötən iqtisadiyatın qeyri-neft sektorunun xeyli artımı ilə əlamətdar olub.

"Bu onu göstərir ki, xaricdən cəlb edilən və ölkə daxilində dövriyyədə olan investisiyalar iqtisadiyyatın şaxələndirilməsi istiqamətində işləyir, çünki şaxələndirilmə aparılmadan uğur qazana bilmərik" , - İlham Əliyev bildirib.

Dövlət başçısı deyib ki, Azərbaycan müasir texnologiyalara fəal şəkildə investisiya yatırır.

"Bu il daha bir əlamətdar hadisə baş verib ki, bu da Azərbaycanın ilk peyki "AzerSpace-1"in buraxılmasıdır və bu, Azərbaycanda kosmik sənayenin inkişafının başlanğıcıdır. "Azerspace-1" peykinin buraxılması ikinci, üçüncü və növbəti peyklərin olması anlamına gəlir. Biz Azərbaycanda güclü kosmik sənayenin inkişafı sahəsində beynəlxalq tərəfdaşlarımızla sıx əməkdaşlıq edirik", - Azərbaycan Prezidenti bildirib.

Dövlət başçısının sözlərinə görə, enerji sektoru Azərbaycan iqtisadiyyatının əsas tərkib hissəsidir və bu təbiidir, çünki bir çox onilliklər ərzində Azərbaycan neft ölkəsi kimi tanınıb, hazırda isə qaz hasil edən ölkə kimi tanınır.

İlham Əliyev qeyd edib ki, enerji sektoruna investisiyalar ölkədə müsbət investisiya mühiti yaradacaq.

Prezidentin sözlərinə görə, adambaşına düşən xarici investisiyaların həcmi üzrə Azərbaycan regionda lider mövqelərdən birini tutur.

Dövlət başçısı bəyan edib ki, Azərbaycanda xarici şirkətlərin ölkə iqtisadiyyatına investisiya yatırmaları üçün çox əlverişli şərait yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti