...

Daha bir sığorta şirkəti Azərbaycanın pul bazarına çıxır

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 May 2013 12:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir A.Axundov/

Bakı Banklararası Valyuta Birjası (BBVB) və "Ata Sığorta" sığorta şirkətinin birja elektron ticarət sisteminin (BEST) "MONEY-MARKET" pul bazarında iştirakına dair müqavilə bağlayıblar. Trend-in məlumatına görə, müqaviləni BBVB-nin rəhbəri Fərhad Əmirbəyov və "Ata Sığorta"nın idarə heyətinin sədri Müseyib Əliyev imzalayıblar.

Müqaviləyə əsasən, "Ata Sığorta" iştirakçı banklarla bərabərhüquqlu qismində topdan pul bank bazarına çıxış imkanı əldə edir. BBVB yeni iştirakçıya "BEST" ticarət sisteminə çıxış təqdim edəcək, həmçinin hesablaşma və məlumat xidmətləri göstərəcək.

Əliyevin sözlərinə görə, "BEST" sisteminə qoşulma ölkə sığorta sektoru üçün yenilikdir:

"Sığorta sektorunun inkişafı və sığorta şirkətinin maliyyə vəsaitlərinin artması ilə maliyyə bazarına çıxış üçün çox yaxşı alət olan "BEST" sisteminə də maraq artacaq. Biz bu sistemə böyük ümüdlər bəsləyirik, hesab edirəm ki, gələcəkdə biz bu sahədə öz əməliyyatlarımızı genişləndirəcəyik".

"Ata Sığorta", "Atəşgah Sığorta" və "Buta Sığorta" şirkətlərindən sonra belə bir müqavilə bağlanan üçüncü sığorta şirkəti olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti