Azərbaycan, Bakı, 20 may /Trend, müxbir E.Əliyev/
Dünyanın böyük riteylərindən olan "TESCO" şirkəti ötən gün "F&F" geyim markasının mağazalar şəbəkəsinin genişləndirilməsinə dair planlarını açıqlayıb. Trend-in məlumatınma görə, bu barədə bazar ertəsi "The Telegraph" xəbər yayıb.
O cümlədən, "TESCO" françayzinq üzrə cari partnyoru "Əl-Hokair"lə iş çərçivəsində həm Azərbaycanda, həm də bütövlükdə regionda geyim mağazalarının açılışını planlaşdırır. Bundan başqa mağazaların Qazaxıstan və Yaxın Şərq ölkələrində də açılması nəzərdə tutulur.
F&F (Florence&Fred) markası 2001-ci ildə buraxılıb.