...

"Bank of Baku" gəlirliliyi 12 faiz olan istiqrazların yerləşdirilməsinə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 May 2013 15:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir E.Əliyev/

Bakı Fond Birjasında (BFB) "Bank of Baku" ASC-nin 5 milyon manat məbləğində təmin edilməmiş, faizli, adlı, sənədsiz istiqrazlarının yerləşdirilməsinə başlanır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı BFB-nin yaydığı məlumatda deyilir.

Məlumata görə, hər bir qiymətli kağızın nominal dəyəri 1000 manatdır.

İstiqrazlar üzrə gəlirlilik illik 12 faizdir. İstiqrazların tədavül müddəti faizlərin 6 ayda bir dəfə ödənilməsi ilə 38 ay təşkil edir.

Yerləşdirmənin anderrayteri qismində "Standart Kapital" MMC çıxış edir. İstiqrazları əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik təşkilata müraciət edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti