...

"İnvest-AZ" MMC-yə broker və diler fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyalar verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 May 2013 15:14 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən "İnvest-AZ" Məhdud Məsuliyyətli Cəmiyyətinə broker və diler fəaliyyəti ilə məşğul olmaq üçün 5 il müddətinə yeni xüsusi razılıqlar (lisenziyalar) verilib.
"İnvest-AZ" MMC-yə broker və diler fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyalar verilib

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir A.Axundov/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən "İnvest-AZ" Məhdud Məsuliyyətli Cəmiyyətinə broker və diler fəaliyyəti ilə məşğul olmaq üçün 5 il müddətinə yeni xüsusi razılıqlar (lisenziyalar) verilib. Bu barədə Trend çərşənbə axşamı QKDK-nın saytına istinadən məlumat verir.

Beləliklə, hazırda qiymətli kağızlar bazarında 14 broker fəaliyyəti, 13 diler fəaliyyəti və 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar, 1 fond birjası və 1 klirinq üzrə peşəkar fəaliyyətə verilmiş xüsusi razılıqlar (lisenziyalar) qüvvədədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti