...

"Unibank" kreditlərin ödənilməsini asanlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyun 2013 16:10 (UTC +04:00)
"Unibank" müştəriləri üçün kredit ödənişini və sifarişini bir qədər də rahat etdi. Artıq filiallara gəlmədən, "MilliÖn" ödəniş terminallarında da krediti sifarişi və kredit ödənişlərini etməklə, "Unibank" müştəriləri öz vaxtlarına daha çox qənaət etmiş olacaqlar.
"Unibank" kreditlərin ödənilməsini asanlaşdırır

Azərbaycan, Bakı, 7 iyun /Trend/

"Unibank" müştəriləri üçün kredit ödənişini və sifarişini bir qədər də rahat etdi. Artıq filiallara gəlmədən, "MilliÖn" ödəniş terminallarında da krediti sifarişi və kredit ödənişlərini etməklə, "Unibank" müştəriləri öz vaxtlarına daha çox qənaət etmiş olacaqlar. Bu barədə cümə günü bankdan Trend-ə daxil olan məlumatda bildirilir.

Kredit ödənişi üçün müştəri "MilliÖn" terminalına mobil telefon nömrəsini və şəxsiyyət vəsiqəsinin PİN kodunu daxil edir və ekranda göstərilən siyahıdan ödəyəcəyi krediti seçərək, məbləği qəbulediciyə daxil edir. Ödə (və ya İrəli) düyməsini aktivləşdirdikdən sonra, müştəriyə ödəniş çeki təqdim olunur.

"Unibank" müştərilərə filiallara gəlmədən, istənilən "MilliÖn" ödəniş terminalında həmçinin kredit sifarişi edə bilər. Bunu üçün müştəri şəxsiyyət vəsiqəsinin PİN kodunu və əlaqə üçün mobil telefon nömrəsini daxil etməlidir. Bankın əməkdaşları təhlil aparır və nəticəyə uyğun olaraq istifadəçiyə ayrılacaq kredit məbləği və şərtləti barədə məlumat verilir.

"Unibank" öz müştəriləri üçün kredit sifarişini və ödənişini kifayət qədər asanlaşdırıb. Bank öz müştərilərinə bank filiallarına gəlmədən, kredit ödənişlərini onlayn, mobil əlavələrin köməyi ilə və eləcə də bankomatlar və cash-in aparatlarının köməyi ilə həyata keçirmək imkanı yaradıb. "Unibank" müştəriləri elə evlərindən və ya iş yerlərindən http://www.unibank.az/ saytına daxil olmaqla, onlayn kredit ödənişi və sifarişi sistemindən istifadə edərək, kredit sifariş edə və ya ödəyə bilirlər. Ölkə bankları içərisində "Unibank" ilk dəfə olaraq ATM-lərində avtomatik kredit ödənişi xidmətini tətbiq edib. İstənilən bankın plastik kartına sahib olan müştəri, kartını "Unibank"ın ATM-də qeydiyyata daxil edərək, "Unibank"da olan kredit ödənişlərini həyata keçirə bilir. Bu imkan kredit sifarişi üçün də yaradılıb. "İnfoUnibank" mobil əlavəsinə malik iPhone və "Android" platformasında olan smartfon və planşet sahibləri də kredit ödənşini həyata keçirə bilərlər. "Unibank"ın Cash-in aparatlarının köməyi ilə hər kəs növbəsiz, vaxt itkisi olmadan öz kreditlərini ödəyə bilər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Unibankın saytından (http://www.unibank.az) və yaxud bankın facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti