...

"AmCham" Vergilər Nazirliyi ilə birgə vergi tərəfdaşlığı üzrə konfrans keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyun 2013 18:28 (UTC +04:00)
"JW Marriott" mehmanxanasında Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) Vergilər Nazirliyi ilə birgə III Vergi Konfransı keçirib.
"AmCham" Vergilər Nazirliyi ilə birgə vergi tərəfdaşlığı üzrə konfrans keçirib

Azərbaycan, Bakı, 14 iyun /Trend/

"JW Marriott" mehmanxanasında Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) Vergilər Nazirliyi ilə birgə III Vergi Konfransı keçirib. Palatadan cümə günü Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin, Prezident Administrasiyasının, Nazirlər Kabinetinin, Amerikanın Azərbaycandakı səfirliyinin və "AmCham"ın nümayəndələri, Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri və KİV nümayəndələri iştirak ediblər.

Konfransın əsas məqsədi dövlət və özəl sektorlar arasında vergi tərəfdaşlığını yaratmaq və inkişaf etmək, vergi mədəniyyətini dəyişmək, vergi inzibatçılığı üzrə vergi ödəyicisinin və mühasibatın uyğunsuzluğunu araşdırılmaq, eləcə də vergi ödəyicilərinin məsuliyyətini artırmaqdır.

Vergilər nazirinin birinci müavini Natiq Əmirovun sözlərinə görə, Azərbaycan Vergilər Nazirliyi tərəfindən beynəlxalq standartlara uyğun olaraq vergi online yollarının tətbiq edilməsi özəl sektor və hökumət arasında şəffaflığın artırılması məqsədini daşıyır. Bu prosedurun əsas məqsədi şəffafliq, rahatlıq və asanlıq yaratmaqdır.

Baş hüquq idarəsinin rəisi Samirə Musayeva bildirib: "Yeni sistemin həyata keçirilməsi nəticəsində avtomatlaşdırma prosedurlarının dövlət orqanlarına və digər müvafiq qurumlara inteqrasiyasına, proqnozlaşdırılmasına və təhlilinə nail olunacaq".

Tədbirdə vahid informasiya bazasının istifadəsi ilə vergi öhdəliklərinin birliyi haqqinda məlumat verilib. Konfrans üzvlərinə Azərbaycanda vergi qanunvericiliyinin dəyişiklikləri və güzəştləri, vergi auditinin təşkili və aparılması, büdcə gəlirlərinin əsas komponentləri olan vergi üzrə daxilolmaların izahatları da təqdim olunub.

Konfrans "Deloitte & Touche", "KPMG Azərbaycan", "PwC Azərbaycan" və "Ernst & Young" şirkətlərinin dəstəyi ilə təşkil olunub. Konfrans zamanı "Synergy Group" tərəfindən işgüzar nahar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti