Azərbaycan, Bakı, 2 iyul /Trend/
2013-cü il iyulun 3-dən etibarən "Paşa Bank" ASC birja üzvü olan "Paşa Kapital" MMC vasitəsilə BFB-də "FINCA Azərbaycan" qeyri-bank kredit təşkilatı məhdud məsuliyyətli müəssisəsinin AZ2001019200 dövlət qeydiyyat nömrəli təmin edilməmiş, faizli, adlı, sənədsiz istiqrazları ilə market-meyker funksiyasının icrasına başlayacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı BFB-nin yaydığı məlumatda deyilir.
İstiqrazlar üzrə təmin ediləcək alış öhdəliklərinin minimal həcmi 200 min manat, alış və satış qiymətləri arasındakı dəhliz isə 5% təşkil edir.
Kotirovkalar real vaxt rejimində BFB-nin ticarət sistemində, həmçinin ticarət başlamazdan öncə birjanın veb-saytı vasitəsilə açıqlanır.