...

Mərkəzi Bankın valyuta ehtiyatları 12,7 milyard dolları ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2013 11:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir E.Əliyev/

2013-cü il iyun sonuna olan vəziyyətə görə, Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan valyuta ehtiyatlarının ümumi həcmi 12 720,4 milyon dollar təşkil edib. Bu barədə Trend çərşənbə günü AMB-nin rəsmi saytına istinadən məlumat verir.

Məlumata görə, ilin əvvəlindən AMB-nin valyuta ehtiyatları 8,8 faiz və ya 1025,5 milyon dollar (ilin əvvəlinə AMB-nin valyuta ehtiyatları 11 694,8 milyon dollar təşkil edib) artıb.

İllik hesablamada AMB-nin valyuta ehtiyatlarının həcmi 15,16 faiz və ya 1674,1 milyon dollar artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti