...

"Unibank"da əmanətlərin həcmi tarixi maksimuma çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2013 13:48 (UTC +04:00)
"Unibank"da fiziki şəxslərin əmanətlərinin həcmi ən yüksək həddə-300 mln. manata çatıb.
"Unibank"da əmanətlərin həcmi tarixi maksimuma çatıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 3 iyul/Trend/

"Unibank"da fiziki şəxslərin əmanətlərinin həcmi ən yüksək həddə -300 mln. manata çatıb. Bankdan çərşənbə günü Trend-ə verilən məlumata görə, ümumilikdə isə son 1 il ərzində "Unibank"a fiziki şəxslər tərəfindən qoyulan əmanətlərin həcmində 54%-dən çox artım qeydə alınıb.

"Unibank"ın İcraçı direktorunun birinci muavini Xalid Əhədov bildirib ki, bank öz resurs bazasının formalaşdırılmasına çox tarazlı yanaşır. İcraçı direktorun fikrincə, fiziki şəxslərin öz vəsaitlərini Unibanka etibar etməsinin, bu tendensiyanın getdikcə daha da artmasının əsas səbəbləri - "Unibank"ın son 12-15 ayda pərakəndə bazarda fəallığının yüksəlməsi, müştərilərin etibarının artması, aydan-aya yaxşılaşan maliyyə göstəriciləri və ən əsası təsisçilərin yüksək nüfuzudur.

"Unibank"a əmanət qoymaq artıq daha cəlbedici olub. "Unibank"a əmanət yerləşdirin və hədiyyə qazanın!" adlı tirajlı stimullaşdırıcı lotereya müddətində, avqustun 31-dək "Unibank"da depozit hesabı açan hər bir müştəri müxtəlif pul uduşları və avtomobil sahibi olmaq imkanı qazanacaq.
Lotereyada ən azı 12 aylıq müddətə 100 AZN/USD/AVRO məbləğində əmanət qoyan və ya mövcud əmanətinin müddətini kampaniya ərzində ən azı l2 ay müddətinə artıran müştərilər iştirak edə biləcəklər. Hər 100 AZN/USD/AVRO həcmində əmanət bir şans kimi dəyərləndiriləcək. Aksiya çərçivəsində 20 iştirakçının hərəsi 500 AZN qazanacaq. Bir qalib isə 2013-cü il istehsalı olan Chrysler 200 Touring 2.4 avtomobili qazanacaq.

"Unibank"da depozitlər maksimal 15.7%-lə və ən çoxu 36 aylıq müddətədir.

12 aylıq müddətə qoyulan əmanətlər üçün faiz dərəcəsi, faizlərin ayda bir dəfə götürüləcəyi halda 12%, fazilərin rübdə, yarım ildə bir dəfə alınması zamanı isə müvafiq olaraq 12,1 və 12,2 faiz hesablanır. Bir illik əmanətlərin faizləri depozit müddətinin sonunda götürülərsə, bu əmanətə görə 12,5% hesablanır.

Kampaniya haqqında haqqında daha ətraflı məlumatı (012) 117 nömrəli telefonla, Bankın saytından (www.unibank.az) və yaxud Bankın facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti