...

İstehlakçıların çaşdırılması hallarının qarşısı alınır

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2013 13:59 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən uşaq geyimləri mağazasında aparılan yoxlama zamanı qeyri-dəqiq reklamlardan istifadə edilməklə istehlakçıların çaşdırılması hallarına yol verildiyi müəyyən edilib.
İstehlakçıların çaşdırılması hallarının qarşısı alınır

Azərbaycan, Bakı, 3 iyul /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən uşaq geyimləri mağazasında aparılan yoxlama zamanı qeyri-dəqiq reklamlardan istifadə edilməklə istehlakçıların çaşdırılması hallarına yol verildiyi müəyyən edilib. Bu barədə çərşənbə güün Trend-ə İqtisadi İnkişaf Nazirliyindən daxil olan məlumatda deyilir.

Məlumatda bildirilir ki, Bakı şəhəri, Yasamal rayonu, Zivər bəy Əhmədbəyov 2 ünvanında fəaliyyət göstərən "Tekhan Gida Giyim Hayvancılık Turizm Sanayi və Ticarət Anonim" şirkətinin Azərbaycan Respublikasındakı filialına məxsus "BÜCÜRÜK" uşaq geyimləri mağazasında aparılan yoxlama zamanı qeyri-dəqiq reklamlardan istifadə edilməklə istehlakçıların çaşdırılması hallarına yol verildiyi müəyyən edilib. Belə ki, satışda olan mallara endirim tətbiq olunması barədə mağazanın giriş hissəsində reklamlar yerləşdirilsə də, mallara endirim tətbiq edilmədiyi, habelə yayımlanan reklamlarda yalnız xarici dildən istifadə edildiyi müəyyən edilib. Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da aşkar olunub.
Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılmış və mağazanın məxsus olduğu təsərrüfat subyekti barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılaraq 2,8 min manat maliyyə sanksiyası tətbiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti