...

"Frost & Sullivan": Azərbaycan dərman və avadanlıq istehsalçıları üçün maraq kəsb edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2013 17:33 (UTC +04:00)
Gənc, lakin sürətlə inkişaf edən və neftlə zəngin Azərbaycanda səhiyyə sahəsində qlobal investorlar üçün çox əlverişli şərait var.
"Frost & Sullivan": Azərbaycan dərman və avadanlıq istehsalçıları üçün maraq kəsb edir

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir E.Əliyev/

Gənc, lakin sürətlə inkişaf edən və neftlə zəngin Azərbaycanda səhiyyə sahəsində qlobal investorlar üçün çox əlverişli şərait var. Trend-in məlumatına görə, bu barədə "Frost & Sullivan" konsaltinq şirkətinin "Wall Street Journal"ın saytında dərc olunan araşdırmasında bildirilir.

Araşdırmada vurğulanır: "Xüsusilə də ölkədə yüksək keyfiyyətli və ucuz məhsulların təqdim olunması daxil olmaqla əczaçılıq preparatları üçün əhəmiyyətli bazar mövcuddur. Ölkədə pasiyentlərin xərclərinin 70 faizindən çoxu dərman vasitələrinin almasına gedir ki, onların da 60 faizini xaricdən idxal olunan məhsullar təşkil edir. Türkiyə, İran, Hindistan, Ukrayna və Rusiyadan ölkəyə ucuz dərman preparatları çatdırılır, eyni zamanda, ABŞ, Fransa, Almaniya və Aİ-nin digər ölkələrindən gətirilən dərmanlar daha bahadır, lakin yaxşı reputasiyaya malikdirlər".

Şirkətin analitikləri hesab edirlər ki, Azərbaycanda tibbi ekspertiza, avadanlıq və personal çatışmazlığı sahəsində davam edən islahatlar ölkədə səhiyyə sahəsində dəyişikliklərin səbəbidir.

Araşdırmada bildirilir: "Hökumət bu sahənin büdcədə olan payını son 10 ildə 10 dəfədən çox artırıb və bu günə qədər 500-dən artıq səhiyyə müəssisəsi tikilib və ya yenidən qurulub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti