...

İnquşetiyanın Baş naziri Azərbaycan-Rusiya biznes forumunda iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2013 12:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir E.Əliyev/

Rusiya Federasiyasının İnquşetiya Respublikası hökumətinin başçısı Musa Çiliyevin Azərbaycana səfəri çərçivəsində iyulun 8-də Azərbaycan-Rusiya biznes forumu baş tutacaq. Trend-in məlumatına görə, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) cümə günü yaydığı məlumatda bildirilir.

AZPROMO tərəfindən təşkil olunan forum Bakı Biznes Mərkəzində baş tutacaq. Tədbirin gedişi zamanı İnquşetiyanın investisiya layihələri və biznes imkanları təqdim olunacaq.

İnquşetiyadan olan nümayəndə heyətinin səfər zamanı bir sıra müəssisələrə -"Embawood", "Matanat-A", "Gilan Tekstil", "Azbentonit", "Sumqayıt Texnolgiyalar Parkı"na baş çəkəcəyi gözlənilir.

Bundan əlavə ikigünlük səfər zamanı Çiliyevin Baş nazir Artur Rasizadə və iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti