Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir İ.Xəlilova/
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Bank Technique" ASC-nin 15,245 milyon manat dəyərində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Bakı Fond Birjasının yaydığı məlumatda deyilir.
Emissiya çərçivəsində hər birinin nominal dəyəri 1000 manat olan 15 245 səhm buraxılıb.
Yerləşdirmənin anderrayteri qismində "Texnika Kapital Menecment" MMC çıxış edir.
Bankdan çərşənbə günü Trend-ə verilən məlumata görə, hazırda "Bank Technique"nın nizamnamə kapitalı 64,755 milyon manat təşkil edir, emissiyanın yerləşdirilməsindən sonra müvafiq olaraq kapital 80 milyon manatadək artırılacaq.
Bankın aktivləri 409,461 milyon manat təşkil edir.