Azərbaycan, Bakı, 15 iyul /Trend/
Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 12,7 milyard dollara çatıb.
AMB-nin Kommunikasiya departamentindən Trend-ə verilən məlumata görə, Mərkəzi Bankın sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 2013-ci ilin birinci yarısı ərzində 1 025,6 milyon ABŞ dolları (8,8%) artaraq, rübün sonuna 12 720,4 milyon ABŞ dolları təşkil edib.