...

Coca-Cola və Yapı Kredi Bankı Ramazan ayını Azərbaycanda xüsusi kampaniya ilə qeyd edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2013 13:28 (UTC +04:00)
Coca-Cola və Yapı Kredi Bank Ramazan ayını Azərbaycan xalqı ilə maraqlı kampaniya keçirməklə qeyd edir!
Coca-Cola və Yapı Kredi Bankı Ramazan ayını Azərbaycanda xüsusi kampaniya ilə qeyd edir

Coca-Cola və Yapı Kredi Bank Ramazan ayını Azərbaycan xalqı ilə maraqlı kampaniya keçirməklə qeyd edir!

Yapı Kredi Bankın Worldcard Classic, Gold və Platinium kartları ilə hər hansı bir World-ə üzv olan müəyyən marketin Azərbaycan ərazisində yerləşən POS terminalları vasitəsilə edilmiş alış-verişin hər 20 manatına 2,25 litr həcmində Coca-Cola hədiyyə edilir.

"Coca-Cola Azərbaycan"ın marketinq meneceri Səhər Poyrazoğlu bildirib: "Bu kampaniya vasitəsilə Coca-Cola Azərbaycan xalqına Ramazan ayı münasibətilə təbriklərini çatdırmaq istəyir və belə sevincli bayramı qeyd etməyə kömək edə bildiyinə çox sevinir!"

Kampaniya 2013-cü il avgustun 11-nə qədər davam edəcək. Daha ətraflı məlumatı Worldcard Azerbaijan-ın facebook səhifəsində və ya *0444 telefon nömrəsinə zəng etməklə əldə edə bilərsiniz.

The Coca-Cola Company haqqında

Coca-Cola şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. Coca-Cola® şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Onun portfoliosuna dəyəri 16 milyard dollar olan brendlər daxildir: Diet Coke®, Fanta®, Sprite®, Coca-Cola Zero®, vitaminwater, Powerade®, Minute Maid®, Simply® və Georgia® Coffee. Qlobal miqyasda Coca-Cola şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. Coca-Cola şirkəti hər gün 1.8 milyard içki satır. Qeyd etmək lazımdır ki, şirkət icmaları dəstəkləyir və ətraf mühitin mühafizəsinə, resursların konservasiyasına və regionun iqtisadi inkişafına yönəlmiş təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700.000-dən çox işçisi ilə Coca-Cola dünyada TOP-onluğa daxildir. Coca-Cola şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin internet səhifəsini ziyarət edə bilərsiniz: www.thecoca-colacompany.com

Məqalədə:
Xəbər lenti

Xəbər lenti