...

Azərbaycanda birja valyuta bazarı 38 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Avqust 2013 12:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 avqust /Trend/

2013-ci il iyul аyının yекunlаrınа görə, Bакı Bаnкlаrаrаsı Vаlyutа Birjаsı (BBVB) onun vаlyutа bölməsində USD/AZN_TOD aləti üzrə кеçirilən hərrаclаrda 11 bаnк iştirак еdib. Bu barədə Trend cümə axşamı BBVB-nin saytına istinadən məlumat verir.

Birja Elektron Ticarət Sistemində ("BEST") hesabat ayında 46 ticarət sessiyası keçirilib və 29 əqd qeydə alınıb. Hərracların həcmi 50,974 milyon manat və yaxud dollar ekvivalentində 65 milyon təşkil edib.

Cari ilin iyun ayı ilə müqayisədə valyuta bölməsinin həcm göstəriciləri hesabat dövründə 13,937 mln. manat və yaxud 38 faiz artıb.

Hesabat ayında valyuta seksiyasında USD/AZN_TOD üzrə hərracların ümumi həcmi 46,262 milyon manat və yaxud dollar ekvivalentində 59 milyon təşkil edib. Həmçinin, Swap_USD/AZN_TOD_1Week aləti üzrə dövriyyə 4 712 400 milyon manat və ya dollar ekvivalentində 6 milyon təşkil edib. Qeyd edək ki, bu alət üzrə dolların manata görə orta ölçülmüş məzənnəsi 0,7854 manat təşkil edib.

Birja Elektron Ticarət Sistemində USD/AZN üzrə orta gündəlik dövriyyə təxminən 2,826 milyon dollara çatmışdır, halbuki hər əqdin orta həcmi 2,241 milyon dollar təşkil edib.

Qеyd еdəк кi, hеsаbаt аyındа birjаdа Аzərbаycаn mаnаtının USD/AZN_TOD aləti üzrə АBŞ dоllаrınа qаrşı məzənnəsi 0,05 faiz enib - hər USD görə 0,7831-dən 0,7835 AZN qədər. Milli vаlyutаnın АBŞ dоllаrınа nisbi оrtаölçülü birjа məzənnəsi iyul аyındа 0,7841 АZN bərаbər оlub.

2013-cü ilin iyul ayının nəticələrinə əsasən, BEST sistemi çərçivəsində fəaliyyət göstərən Mütəşəkkil Banklararası Kredit Bazarında (MBKB) hərracların ümumi həcmi manat ekvivalentində 2 milyon təşkil edib.

BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən cari ilin iyul ayında 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 10,25%, ABŞ dolları üzrə isə 11,24% təşkil edib. BakİBİD tarifi 90 gün müddətində manatla illik 4,38% və ABŞ dolları ilə 4,23% təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti