...

Azərbaycanla Masarıstan arasında kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Avqust 2013 14:13 (UTC +04:00)
Bu gün Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Jolt Çutoranı qəbul edib. Bu barədə çərşənbə günü Trend-ə nazirlikdən daxil olan məlumatda deyilir.
Azərbaycanla Masarıstan arasında kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan, Bakı, 21 avqust /Trend/

Bu gün Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Jolt Çutoranı qəbul edib. Bu barədə çərşənbə günü Trend-ə nazirlikdən daxil olan məlumatda deyilir.

Nazir İsmət Abasov dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğısı sayəsində kənd təsərrüfatının digər sahələri ilə yanaşı heyvandarlıq sahəsinin də dinamik inkişaf etdiyini qeyd edib. Nazir respublikada mal-qaranın cins tərkibinin yaxşılaşdırmaq, o cümlədən heyvandarlıqda süni mayalanmanın öyrənilməsi istiqamətində beynəlxalq təcrübənin tətbiq edildiyini, "Aqrolizinq" ASC-nin xətti ilə hər il respublikaya yeni cins mal-qaranın gətirilməsi nəticəsində ət və süd istehsalının ilbəil artdığını bildirib.

Azərbaycanla Macarıstan arasında bütün sahələrdə, o cümlədən kənd təsərrüfat sahəsində əməkdaşlıq əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayan İsmət Abasov hər iki ölkənin aqrar sahədə böyük potensiala malik olduğunu və bu potensialın reallaşdırılması üçün tərəflərin aiddiyyəti qurumları arasında birbaşa təmasların sayının artırılmasının vacibliyini qeyd edib. Nazir Macarıstanın Kapoşvar Universitetinin Fəxri Doktoru tituluna layiq görüldüyü üçün səfir Jolt Çutoraya öz təşəkkürünü bildirib və Kapoşvar Universitetinin senatının bu qərarının iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da gücləndirilməsi üçün zəmin yaradacağını qeyd edib.

Səfir Jolt Çutora cari iln 30 avqust - 01 sentyabr tarixlərində Macarıstanın Kapoşvar şəhərində "Kapoşvarın VII Damazlıq Günləri" sərgisinin keçiriləcəyini diqqətə çatdırıb və Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin bu tədbirdə təmsil olunmasını xahiş edib. Nazir İsmət Abasov adıçəkilən tədbirdə təmsil olunacağını vəd edib.

Daha sonra tərəflər arasında kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.

Səfir Jolt Çutoranı iki ölkə arasında kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti