...

"Bank Silk Way" səhmlərinin nominalını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Sentyabr 2013 16:58 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Bank Silk Way" ASC-nin ümumi dəyəri 97,13 milyon manat olan adi, sənədsiz, adlı səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
"Bank Silk Way" səhmlərinin nominalını artırır

Azərbaycan, Bakı, 3 sentyabr /Trend/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Bank Silk Way" ASC-nin ümumi dəyəri 97,13 milyon manat olan adi, sənədsiz, adlı səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Bu barədə Trend QKDK-nın rəsmi saytına istinadən məlumat verir.

Məlumatda bildirilir ki, emissiyanın yerləşdirilməsi nominal dəyəri 138 manat olan 679 230 ədəd səhmin nominal dəyəri 143 manat olan eyni sayda səhmə konvertasiya yolu ilə həyata keçiriləcək.

Emissiyanın yerləşdirilməsi nəticəsində bankın nizamnamə kapitalı 3,6 faiz artaraq 97,734 milyon manatdan 97,13 milyon manata çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti