...

Stimullaşdırıcı lotereya "Unibank"ın depozitlərinin doqquz faiz artmasını təmin edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Sentyabr 2013 18:39 (UTC +04:00)
"Unibank"ın 3 aydan artıq bir müddətdə davam edən və əhali arasında geniş maraq doğuran "Unibanka əmanət yerləşdirin və hədiyyə qazanın!" adlı tirajlı stimullaşdırıcı lotereyası başa çatıb.
Stimullaşdırıcı lotereya "Unibank"ın depozitlərinin doqquz faiz artmasını təmin edib

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

"Unibank"ın 3 aydan artıq bir müddətdə davam edən və əhali arasında geniş maraq doğuran "Unibanka əmanət yerləşdirin və hədiyyə qazanın!" adlı tirajlı stimullaşdırıcı lotereyası başa çatıb.

Bankdan çərşənbə günü Trend-ə verilən məlumata görə, kampaniya dövründə depozit portfelinin artımı 28 milyon manatdan çox olub ki, bu da ümumi depozit portfelinin 9%-i deməkdir.

Fiziki şəxslər tərəfindən banka cəlb edilən vəsaitlərin hesabına 31 avqust 2013-cü il tarixə olan məlumata görə, "Unibank"ın ümumi depozit portfeli 350 milyon manatı ötüb. Hesabat dövründə bankda depozit hesabı açan şəxslərin sayı isə 24% artıb. Hazırda "Unibank"da depozit hesabı olan müştərilərin sayı 12 mindən artıqdır.

Xatırladaq ki, "Unibank"a əmanət yerləşdirin və hədiyyə qazanın!" adlı tirajlı stimullaşdırıcı lotereyasında mayın 20-dən avqustun 31-dək ən azı 12 aylıq müddətə 100 AZN/USD/AVRO məbləğində əmanət qoyan və ya mövcud əmanətinin müddətini kampaniya ərzində ən azı l2 ay müddətinə artıran müştərilər iştirak edir. Hər 100 AZN/USD/AVRO həcmində əmanət bir şans kimi dəyərləndiriləcək.

Lotereyanın uduş fondu sentyabrın 10-da "Unibank"ın baş ofisində, R.Behbudov 55 ünvanında oynanılacaq və nəticələr 3 iş günü ərzində KİV-də elan ediləcək. Aksiya çərçivəsində 20 iştirakçının hərəsi 500 AZN, bir qalib isə Chrysler avtomobili qazanacaq.

Kampaniya haqqında daha ətraflı məlumatı (012) 117 nömrəli telefonla, Bankın saytından (www.unibank.az) və yaxud Bankın facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti