Azərbaycan, Bakı, 23 oktyabr /Trend/
"Xalq Bank" və Visa "Visa imtiyazlar dünyasını kəşf edin!" adlı yeni kampaniya keçirir. Bu barədə çərşənbə günü bankdan Trend-ə məlumat verilib.
Kampaniya çərçivəsində 2013-cü oktyabrın 21-dən dekabrın 20-dək "Xalq Bank"ın Visa Gold və ya Visa Platinum kartını sifariş edən hər bir müştəri MyBrands mağazalar şəbəkəsində alış-veriş üçün üç ədəd 20 faizlik enidirim kuponlarını əldə edəcəklər. Endirimdən faydalanmaq üçün alış-veriş zamanı ödəniş Visa kartı ilə aparılmalıdır. Xüsusi endirim kuponlarını 15.01.2014 tarixinədək istifadə etmək olar.
Bundan əlavə, qeyd olunan müddət ərzində MyBrands mağazalar şəbəkəsində "Xalq Bank"ın istənilən Visa kartı, o cümlədən Visa Classic, Visa Gold, Visa Platinum və Visa Electron kartları ilə 120 manatdan yuxarı alış-veriş edən hər bir müştəri 10% endirim və həmçinin Visa kartının növündən asılı olmayaraq kampaniyanın bütün iştirakçıları MyBrands Standart endirim kartı hədiyyə alacaqlar. MyBrands Standart endirim kartı MyBrands mağazalar şəbəkəsinə daxil olan United Colors of Benetton, Sisley, Bebe, Accessorize, Tommy Hilfiger, Monsoon, Adidas, Nike, Nine West, Coast və s. kimi brend mağazalarda 5% endirim imkanı verir.
"Xalq Bank"ın Visa Gold, Visa Classic və Visa Electron plastik kartları istənilən filialımızda pulsuz təqdim edilir. Ətraflı məlumat üçün www.xalqbank.az saytına və ya (012)138 - Bankın Məlumat Mərkəzinə müraciət edə bilərsiniz.