...

Yaponiyanın "Mistui" şirkətinin nümayəndələri AzMeCo zavoduna səfər ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Oktyabr 2013 11:30 (UTC +04:00)
Yaponiyanın "Mistui" şirkətinin nümayəndələri AzMeCo zavoduna səfər ediblər.
Yaponiyanın "Mistui" şirkətinin nümayəndələri AzMeCo zavoduna səfər ediblər

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

Yaponiyanın aparicı şirkətlərindən biri olan "Mitsui" şirkətinin nümayəndələri Qaradaqda yerləşən AzMeCo şirkətinə məxsus metanol zavoduna səfər ediblər.

Səfər zamani Yaponiyadan olan qonaqlar metanol layihəsi və zavodun istehsal prosesi ilə yaxından tanış olublar. Sonradan AzMeCo şirkətinin nümayəndələri ilə keçirilən görüş zamanı qonaqlara layihənin gələcək perspektivləri və metanol iqtisadiyyatı hagda ətraflı məlumat verilib.

Yapon iş adamları mürəkkəb infrastruktura malik olan metanol zavodunun Azərbaycanda yerli şirkət tərəfindən yüksək səviyyədə və peşəkarlıqla inşa edilməsinə heyran olduqlarını ifadə etmişlər.

"Mitsui" şirkətinin Avropa, Yaxın Şərq və Afrika ölkələri üzrə Baş icraçı direktoru cənab Hironobu İşikava AzMeCo-nun metanol layihəsi haqda bunları demişdir: "Bu möhtəşəm bir layihədir və metanol zavodu sizin ölkənin iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edəcəkdir. İndi bütün dünyada inkişaf etmiş ölkələr belə müasir zavodlar tikirlər. Çünki metanol həm iqtisadi, həm də ekoloji cəhətdən gələcəyin əlverişli məhsuludur. Biz Azərbaycan şirkətinin belə müasir və gözəl bir zavod tikməsinə həqiqətən valeh olduq."

Qeyd etmək lazımdır ki, bundan əvvəl də Yaponiyanın aparıcı şirkətlərindən olan Mitsubishi və Japan Gasoline Corporation (JGC) nüməyəndələri də AzMeCo metanol zavoduna səfər edib layihə ilə yaxından tanış olmuşlar və Azərbaycanda dövlət tərəfindən özəl sahibkarlıq üçün yaradılan imkanlardan çox yüksək fikirdə olduqlarını bildirmişlər.

2007-ci ildə əsası qoyulan AzMeCo bir sahibkar və operator kimi neft-kimya layihələrinə investisiya qoyan dinamik inkişaf edən bir şirkətdir. AzMeCo şirkəti tamamilə özəldir və Azərbaycanda iri layihələrin inkişafında, icrasında və maliyyələşdirilməsində öncül yerlərdən birini tutur.

Metanol zavodunun illik istehsal gücü 560 min tondur. Havaya buraxılan CO2 qazının tutulub istehsal prosesinə yönəldilməsi sayəsində zavodun illik ishehsal gücü sonradan 720 min tona çatdırılacaq. Metanol zavodları kimya sənayesində ən təmiz və ekoloji cəhətdən zərərsiz istehsal hesab edilir. Unikal layihənin ümumi dəyəri 350 milyon manatdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti