...

INFINITI Əbu-Dabidə yeni model Q50 avtomobilinin test-drayvını təşkil edib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Noyabr 2013 11:07 (UTC +04:00)
Abu Dabi-də INFINITI Q50-ni test etmək təklifini böyük məmnuniyyətlə qəbul etdim.
INFINITI Əbu-Dabidə yeni model Q50 avtomobilinin test-drayvını təşkil edib (FOTO)

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

INFINITI Birləşmiş Ərəb Əmirliyi-nin Əbu-Dabi şəhərində yeni model Q50 avtomobilinin regionun media nümayəndələri və VIP qonaqları üçün test-drayvını təşkil etdi.

Azərbaycanda INFINITI avtomobillərinin rəsmi distribütoru Nurgün Motors tərəfindən avtomobil sahəsi üzrə tanınmış jurnalist Natiq Zərbəliyev bu tədbirə qatıldı. N.Zərbəliyev avtomobil haqqında təəssüratlarını oxucuları ilə paylaşıb:

"Abu Dabi-də INFINITI Q50-ni test etmək təklifini böyük məmnuniyyətlə qəbul etdim. Öncə onu qeyd edim ki, yeni model ilə bağlı belə bir tədbirin məhz Yaxın Şərqdə keçirilməsi INFINITI-nin bazar strategiyasında müəyyən dəyişikliklər olduğunu sübut edir. Çünki bu avtomobil brendi vaxtilə məhz Şimali Amerika bazarı üçün nəzərdə tutularaq yaradılmışdı və adətən qlobal tədbirlərini məhz okeanın o tayında təşkil edirdi.

Bir qədər brendin tarixi haqqında. Amerikada XX əsrin 70-ci illərində yaranan enerji böhranından sonra insanların daha qənaətcil avtomobillərə üz tutması ilə bağlı lüks avtomobil bazarında müəyyən durğunluq müşahidə olunurdu. Böhrandan sonra isə avtomobil bazarında, o cümlədən lüks avtomobil seqmentində canlanma müşahidə olunmağa başladı. Məhz buna görə də Nissan Motors Premium seqment üçün avtomobil istehsalına başlamaq qərarına gəldi. Rəqiblərlə mübarizədə qalib gəlmək üçün İnfinitinin istehsalına tam məxfi formatda start verildi. Adın və dizaynın yaradılmasında tender elan edən Nissan sonsuzluq mənasını verən "infinity" sözündən ilhamlanaraq məhz loqonun dizaynını da buna uyğunlaşdırdı. INFINITI Amerika bazarını fəth etdikdən sonra Avropa, Cənubi Koreya, Çin, Tayvan və Yaxın Şərqdə populyarlıq qazandı. Yeni rebrendinq, Q və QX adlarına qayıdış, Formula-1 ilə əməkdaşlıq - bütün bunlar bu gün İnfiniti-yə marağı daha da artırır. Lakin tək ad dəyişmək deyil, insanların avtomobillərə marağını da yüksəltmək lazımdır. Ona görə köhnəlmiş INFINITI G sedanı Q50 modeli ilə əvəzləndi.

Bu modeli bütün avtomobil dünyası "əsl" sükanlı model kimi tanımalıdır - qabaq təkərlərin dönmə radiusu elektron beyin ilə müəyyən edilir, sükan isə yalnız ona komanda vermiş olur. Məhz buna görə də təşkil olunan sınaq hamının marağına səbəb oldu. Belə ki, sınaq Sebastian Vettel-in sükan arxasında iştirakı ilə məşhur Al-Forsan Track İnternational sınaq yürüşü yolunda nəzərdə tutulurdu.

Belə sürücü ilə yola çıxmaqdan kim imtina edər ki?

Sebastian Vettelin meydana çıxmasını görən kimi həmkarlarımla birgə son Formula-1 çempionunu qarşılamağa endim. S.Vettel ilə 2 il əvvəl müsahibəm olmuşdu, ona görə yenidən buna can atmadım, lakin onunla birgə yeni INFINITI Q50-nin salonunda əyləşib sınaq yürüşü etməyə müvəffəq oldum. Salona təhlükəsizlik məqsədilə kamera götürməyə icazə verməsələr də aerportdan aldığım kameralı saat köməyimə gəldi. Onu da qeyd etmək istərdim ki, çempionun ifasında dönmələr dəqiq, idarəetmə isə olduqca zövqverici idi. Daha sonra yeni modeli parkinq ətrafında sınaq etmək media nümayəndələrinə təqdim edildi.

INFINITI Q50 komplektasiyasına diod fənərlər və arxa stop fənərləri, 17 və ya 19 düymlük tökmə diskli təkərlər, panoramalı tavan, i-Keys sistemi ( özündə klimat nəzarəti yaddaşında saxlayan, audiosistem, oturacaqların idarə olunması), dairəvi görüntü funksiyası, Bose audosistemi və aktiv səsboğucu sistemi daxildir. Salonda yeni multimedia sistemi quraşdırılıb ki, iki sensor displey ilə təchiz olunub.

Mərkəzi konsolda mühərrikin iş rejimlərinin idarə olunması və elektronikanın idarəsi sistemi yerləşdirilib. Avtomobilin təhlükəsizliyini müvafiq məsafəni saxlayan kruiz kontrol sistemi, fövqəladə tormozlanma sistemi və toqquşma xəbərdarlığı, görünməyən sahələrin nəzarəti sistemi təmin edir. Bir sözlə INFINITI Q50 yüksək texnologiyalarla tam təchiz olunub. Müasir dildə desək, tam innovativdir. Xarici dizaynına gəldikdə isə o INFINITI-nin gələcək inkişaf xəttini özündə təcəssüm etdirir.

Sonda çempionun qalib gəldiyi sonuncu sezon yarışlarında istifadə etdiyi əlcəkləri mənə hədiyyə verdikdə olduqca sevindim".

"NURGÜN Motors" şirkəti Azərbaycan bazarında INFINITI brendinin rəsmi distribütorudur. Şirkət İnfiniti markalı avtomobillərinin satışı, zəmanəti və servis xidmətləri, ehtiyat hissələrinin pərakəndə və sifarişlə satılması ilə məşğul olur. "Nurgün Motors"un salonlardan alınan hər bir avtomobilə 3 il müddətinə və ya 100.000 km zəmanət verilir. "Nurgün Motors" 2007-ci ildən beynəlxalq keyfiyyət standartı İSO 9001:2008 sertifikatını əldə etmişdir və bütün fəaliyyətini bu standartın tələbləri əsasında həyata keçirir. Bütün salonların yerləşdiyi ərazilərdə eyni zamanda dünya standartlarına cavab verən ən son texnologiya və avadanlıqlarla təchiz olunan servis mərkəzləri istifadəyə verilmişdir.

"Nurgün Motors" müştərilərinə təqdim etdiyi servis xidmətlərinə görə müxtəlif vaxtlarda nüfuzlu mükafatlara layiq görülmüşdür.

INFINITI - BU RUHLANDIRAN PERFORMANSDIR

Əlavə məlumat üçün ünvan və telefonlar:

Ünvanlar: Bakı şəhəri, Babək pr-ti, 31

Tel.: (+99412) 448 17 65

E-mail: [email protected]

Web: www.infiniti-azerbaijan.com

http://www.facebook.com/infinitiazerbaijan

Məqalədə:
Xəbər lenti

Xəbər lenti