...

AzMeCo “CTE 2013” Beynəlxalq Sərgisində iştirak edir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Noyabr 2013 12:59 (UTC +04:00)
"Baku Expo" sərgi mərkəzində ətraf mühitin mühafizəsinə həsr olunmuş Beynəlxalq "Xəzər: Ətraf Mühit üçün Texnologiyalar" (CTE 2013) Sərgisi öz işinə başlayıb.
AzMeCo “CTE 2013” Beynəlxalq Sərgisində iştirak edir (FOTO)

Azərbaycan, Bakı, 21 noyabr /Trend/

"Baku Expo" sərgi mərkəzində ətraf mühitin mühafizəsinə həsr olunmuş Beynəlxalq "Xəzər: Ətraf Mühit üçün Texnologiyalar" (CTE 2013) Sərgisi öz işinə başlayıb. Regionda ilk metanol zavodunun sahibi olan AzMeCo şirkəti də sayca 4-cü olan bu Beynəxalq Sərgidə iştirak edir.

Şirkətin ətraf mühitə və ekologiyaya diqqəti təcəssüm etdirən stendində sərginin ziyarətcilərinə AzMeCo methanol layihəsi, methanol iqtisadiyyatı və methanol zavodunda istehsal edilən məhsulun ekoloji cəhətdən əlverişli xüsusiyyətləri və energetik üstünlükləri haqda ətraflı məlumat verilmişdir. Qaradağ rayonunda yerləşən AzMeCo Metanol zavodunun tikintisi başa çatdıqdan sonra bu ilin ortalarında zavod işə salınmışdır.

Metanol istehsalı dünya iqtisadiyyatının olduqca perspektivli istiqamətlərindən biri hesab olunur. AzMeCo zavodunun metanol istehsalına müasir texnologiyalar və ən son avadanlıqlar cəlb edilmişdir. Metanol gündəlik həyatımızda istfadə olunan çoxsaylı məhsulların - boyalar, yapışqanlar, aerozollar, laklar, CD-DVD-diskləri və s. istehsalında istifadə olunur. Onun bu faydalı və vacib xüsusiyyətləri Azərbaycanda da metanol istehsalı üçün zavodun tikilməsi ideyasının əsasını təşkil etmişdir.

Təbii qazdan metanolun alınması hazırda ekoloji cəhətdən mövcud olan ən səmərəli və təhlükəsiz texnoloji proseslərdən biri sayılır. Metanol kimyəvi xammal kimi də müasir həyatda çox vacib rol oynayır. Metanol əsaslı yanacaq ilə işləyən nəqliyyat vasitələri benzin analoqları ilə müqayisədə atmosferə daha az karbon qazı, xeyli dərəcədə az karbohidrogen və NOx birləşmələri buraxır.

AzMeCo stendində təmsil olunan, şirkətin AzmECO Green Houses bölməsi ekoloji park olan AzmECO Park layıhəsini hazırlayıb. AzMeCo metanol zavodunun yaxınlığında yerləşəcək olan AzmECO Parkının ölkədə ən böyük ekoloji park olması planlaşdırılır. Bölmə maraqlı ekolojik bazalı landşaft dizayn layihələri yaradıb onları tam ərsəyə gətirir. Şirkətin landşaft memarı, cənab Fikrət Şimşək layihə haqda bunları deyib: "AzmECO Parkı ekoloji təməlli unikal bir layihədir. Biz bu parkda insanlar üçün həm istirahət, həm də ekologiya və ətraf mühiti qorumaq, torpag və təbiət haqda ətraflı məlumat almaq üçün gözəl şərait yaradacayıq. Parkda bağbanlar məktəbi, şagirdlər üçün animasiya mərkəzi və dekorativ bitkilər yetişdirilən sahələr olacaq. Həmçinin, ərazidə Azərbaycanın təbii bitkiləri olan botanika bağı da yaradılacaq".

2007-ci ildə əsası qoyulan AzMeCo bir sahibkar və operator kimi neft-kimya layihələrinə investisiya qoyan dinamik inkişaf edən bir şirkətdir. AzMeCo şirkəti tamamilə özəldir və Azərbaycanda iri layihələrin inkişafında, icrasında və maliyyələşdirilməsində öncül yerlərdən birini tutur.

Metanol zavodunun illik istehsal gücü 720 min tondur. Metanol zavodları kimya sənayesində ən təmiz və ekoloji cəhətdən zərərsiz istehsal hesab edilir. Unikal layihənin ümumi dəyəri 350 milyon manatdır.

Mənbə: www.azmeco.com

Məqalədə:
Xəbər lenti

Xəbər lenti