...

"AzMeCo" stendi "CTE 2013" sərgisinin ən cəlbedici stendi seçilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Noyabr 2013 16:28 (UTC +04:00)
"Bakı Expo" Sərgi Mərkəzində keçirilən "Xəzər: Ətraf Mühit üçün Texnologiyalar" (CTE 2013) beynəlxalq sərgisi zamanı "AzMeCo" şirkətinin stendi sərginin "Ən cəlbedici stendi" adına layiq görülüb.
"AzMeCo" stendi "CTE 2013" sərgisinin ən cəlbedici stendi seçilib

Azərbaycan, Bakı, 22 noyabr /Trend/

"Bakı Expo" Sərgi Mərkəzində keçirilən "Xəzər: Ətraf Mühit üçün Texnologiyalar" (CTE 2013) beynəlxalq sərgisi zamanı "AzMeCo" şirkətinin stendi sərginin "Ən cəlbedici stend"i adına layiq görülüb. Şirkətin ətraf mühit və ekologiyaya qayğısını təcəssüm edən stendin dizaynı "AzMeCo" Şirkətlər Qrupunun yaradıcılıq bölməsi olan "Buta Creative" tərəfindən yaradılıb.

"Ən cəlbedici stend" nominasiyasının sertifikatı sərginin təşkilatçısı "Iteca Caspian" şirkətinin nümayəndəsi, sərginin koordinatoru Jalə Məmmədova tərəfindən "AzMeCo"nun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fuad Hətəmova təqdim olunub.

Metanol istehsalı hazırda ekoloji cəhətdən mövcud olan ən səmərəli və təhlükəsiz texnoloji proseslərdən biri sayılır. Bundan əlavə, metanol zavodları kimya sənayesində ətraf mühitə ən zərərsiz olan istehsal sahələri kimi tanınır. Metanol zavodunun bütün bu xüsusiyyətləri və "AzMeCo"nun ətraf mühitə diqqət və qayğısı şirkətin stendinin konsepsiyasında öz əksini tapıb.

2007-ci ildə əsası qoyulan "AzMeCo" bir sahibkar və operator kimi neft-kimya layihələrinə investisiya qoyan, dinamik inkişaf edən bir şirkətdir. "AzMeCo" şirkəti tamamilə özəldir və Azərbaycanda iri layihələrin inkişafında, icrasında və maliyyələşdirilməsində qabaqcıl yerlərdən birini tutur.

Metanol zavodunun illik istehsal gücü 720 min tondur. Metanol zavodları kimya sənayesində ən təmiz və ekoloji cəhətdən zərərsiz istehsal hesab edilir. Unikal layihənin ümumi dəyəri 350 milyon manatdır.

Mənbə: www.azmeco.com

Məqalədə:
Xəbər lenti

Xəbər lenti