...

Azərbaycan Gəmiçiliyi: Xəzər dənizində yükdaşımalar sabit şəkildə artır

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2013 17:33 (UTC +04:00)
Trend-in məlumatına görə, bu barədə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev bu gün İstanbulda III Xəzər forumunda müzakirələr zamanı bildirib.
Azərbaycan Gəmiçiliyi: Xəzər dənizində yükdaşımalar sabit şəkildə artır

Türkiyə, İstanbul, 5 dekabr /Trend, müxbir A.Axundov/

Xəzər dənizində gəmi ilə yükdaşımalar sabit şəkildə artır.
Trend-in məlumatına görə, bu barədə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev bu gün İstanbulda III Xəzər forumunda müzakirələr zamanı bildirib.

Onun sözlərinə görə, əgər 1996-cı ildə yükdaşımaların həcmi 1,4 milyon ton təşkil edirdisə, ötən il 10,3 milyon tonu ötüb.

R.Vəliyev qeyd edib: "Regional layihələrin kommersiya imkanlarının artırılması, regionun tranzit potensialının yüksəldilməsi bizim şirkətlərimiz və bu layihələrə cəlb edilmiş ölkələrin müvafiq strukturları arasında əməkdaşlıq üçün çox vacibdir. Belə layihələrin reallaşdırılmasının açarı strukturlar arasında dialoqun qurulması, tədbirlərin əlaqələndirilməsi, tarif məsələləri, gömrük prosedurları məsələlərində birgə fəaliyyətin həyata keçirilməsi, bürokratik əngəllərin aradan qaldırılmasıdır. Avrasiya nəqliyyat dəhlizinin potensialından səmərəli istifadə şirkətin strategiyasının əsas istiqamətlərindən biridir".

Onun sözlərinə görə, bundan başqa, struktur planlarına korporativ idarəetmənin yaxşılaşdırılması, bütün standartlara və müştərilərin sorğularına cavab verəcək yeni gəmilərin tikintisi daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti