...

Unibank xidmət şəbəkəsini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2013 12:26 (UTC +04:00)
Unibank bu il xidmət şəbəkəsini daha da genişləndirdi. Müştərilərinə daha yüksək səviyyədə və geniş ofisdə xidmət göstərmək üçün ilin əvvəlində bankın 2 filialı- “Əcəmi” və 14 saylı filial (“Beşmərtəbə”) yeni ünvana köçərək, daha yaxın oldu.
Unibank xidmət şəbəkəsini genişləndirir

Azərbaycan, 29 dekabr /Trend/

Unibank bu il xidmət şəbəkəsini daha da genişləndirdi. Müştərilərinə daha yüksək səviyyədə və geniş ofisdə xidmət göstərmək üçün ilin əvvəlində bankın 2 filialı - "Əcəmi" və 14 saylı filial ("Beşmərtəbə") yeni ünvana köçərək, daha yaxın oldu.

Bankdan bazar günün verilən məlumata görə, 2013-cü ildə xidmət məntəqələrini həm paytaxt, həm də bölgələrdə genişləndirən Unibank, 4 yeni filialı ilə müştərilərinə xidmət dairəsini daha da genişləndirdi. Bərdə, Mərdəkan, Tovuz, Bakıxanov filialları indi minlərlə müştəriyə keyfiyyətli bank xidməti göstərir.

Filiallal şəbəkəsinin genişləndirilməsi bankın əsas inkişaf prioritetləri sırasındadır. Hazırda Unibank 33 filialı ilə şənbə günü də daxil olmaqla, həftənin 6 günü müştərilərinə xidmət edir. Filiallalar nahar fasiləsiz işləyir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.
Unibank - hər kəsin bankı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti