...

"Unibank" nağd kreditlər üzrə 6 faizədək endirimlər təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Yanvar 2014 18:40 (UTC +04:00)
Bu gündən etibarən "Unibank"dan kredit götürən müştərilərə 3%-dən 6%-dək endirim ediləcək.
"Unibank" nağd kreditlər üzrə 6 faizədək endirimlər təklif edir

Azərbaycan, Bakı, 16 yanvar /Trend/

Bu gündən etibarən "Unibank"dan kredit götürən müştərilərə 3%-dən 6%-dək endirim ediləcək.

Bankdan Trend-ə verilən məlumata görə, endirimli kredit həm də sizin avtomobil arzunuzun reallaşmasına gedən yoldur. "Nağd kredit alın və Nissan avtomobili qazanmaq şansını əldə edin" adlı lotereya çərçivəsində bankın 3 müştərisi avtomobil əldə etmək şansı qazanacaq. Martın 10-dək davam edən kampaniya çərçivəsində "Unibank"dan 6%-dək endirimlə kredit götürən 3 nəfər "Nissan" avtomobili qazanacaq. 1-ci tirajın qalibi "Nissan Sunny", ikinci tirajın qalibi "Nissan Tiida", 3-cü tirajın qalibi isə "Nissan Altima" markalı avtomobilin sahibi olacaq.

Hər tirajda 5 ədəd olmaqla, lotereyada 15 "IPhone 5" telefonu da oynanılır. Lotereya müddətində 90 nəfər müştəri 100 AZN-lik pul uduşuna sahib olacaq.

Şərtlərə əsasən, lotereya müddətində müştərinin bankdan götürdüyü Nağd kreditin hər 100 AZN/USD-si 1 şans kimi qiymətləndirilir. Əgər müştəri "Unibank"dan ilk dəfə kredit götürürsə, bu zaman həmin müştərinin götürdüyü nağd kreditin hər 100 AZN/USD-si 2 şans kimi qiymətləndiriləcək.

Peşəsindən asılı olmayaraq, 20 yaşdan 70 yaşadək Azərbaycan Respublikasının hər bir vətəndaşı şəxsiyyət vəsiqəsi və iş yerindən arayış (iş yerindən əməkhaqqı arayışı, təqaüd haqqında arayış, rəsmi təsdiqlə əməkhaqqı kartı hesabından son 6 ayın çıxarışı) təqdim etməklə "Unibank"dan 7500 AZN-dək və 48 ay müddətədək kredit götürə bilər. Üstəlik, kredit alanlara minimum 100 AZN balanslı üzvlük kartı da verilir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud "facebook" səhifəsindən (www.facebook.com/unibank.az) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti