...

Cavid Qurbanov: Azərbaycan yollarında vəziyyət nəzarət altındadır

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Yanvar 2014 13:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir E.İsmayılov/

Ölkənin yollarında vəziyyət nəzarət altındadır. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə "Azəryolservis" ASC-nin rəhbəri Cavid Qurbanov bildirib.

O deyib: "Yollarda qar təmizləyən, qum və xüsusi maddələr tökən 1100 ədəd xüsusi texnika çalışır".

C.Qurbanov əlavə edib ki, ASC gündə üç dəfə yollardakı vəziyyət və görülən tədbirlər haqqında nəqliyyat naziri Ziya Məmmədova hesabat verir.

Sinoptiklərin proqnozlarına görə, yanvarın 30-da günün ikinci yarısından və həftənin sonuna kimi respublika ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti