...

İcazələrin elektron informasiya portalının xidmətlərindən 235 mindən çox istifadəçi yararlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2014 14:41 (UTC +04:00)
İndiyədək 17 dövlət qurumunun 132 qanunvericilik aktının layihəsi ictimai müzakirə üçün icazələrin elektron informasiya portalında yerləşdirilib.
İcazələrin elektron informasiya portalının xidmətlərindən 235 mindən çox istifadəçi yararlanıb

Azərbaycan, Bakı, 12 fevral /Trend/

İcazəverici sənədlər və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yaradılmış www.icazeler.gov.az portalının xidmətlərindən yanvar ayında 8 mindən çox, ümumilikdə isə indiyədək 235 mindən artıq internet istifadəçisi yararlanıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, portalın istifadəçiləri arasında dünyanın 30-dan çox ölkəsindən - Böyük Britaniya, Rusiya, ABŞ, Türkiyə, Almaniya, Ukrayna, Gürcüstan, İtaliya, BƏƏ, Fransa, Hindistan, İsveç, Çexiya, Cənubi Koreya, İsveçrə, Yunanıstan, Rumıniya, Litva, Lüksemburq, Hollandiya, Türkmənistan, Kanada və s. olan istifadəçilər üstünlük təşkil edib.

Sahibkarların məlumatlılıq səviyyəsini artırmaq, qanunvericilik aktlarının hazırlanması prosesində onların yaxından iştirakını təmin etmək məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarının qanunvericilik aktlarının layihələri də icazələrin elektron informasiya portalında yerləşdirilir və layihələr bir ay müddətində saytda saxlanılır. İndiyədək 17 dövlət qurumunun 132 qanunvericilik aktının layihəsi ictimai müzakirə üçün icazələrin elektron informasiya portalında yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti