...

Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoru il ərzində təxminən 8 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Fevral 2014 10:11 (UTC +04:00)
Yanvar ayının yekunları üzrə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz artaraq 4,4 milyard manata çatıb.
Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoru il ərzində təxminən 8 faiz artıb

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir E.Əliyev/

Yanvar ayının yekunları üzrə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz artaraq 4,4 milyard manata çatıb. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin dərc etdiyi hesabatda deyilir.

Hesabata görə, yanvar ayı ərzində əhalinin hər nəfərinə 465,6 manatlıq (593,6 ABŞ dolları) əlavə dəyər istehsal olunub.

Göstərilən dövrdə ÜDM-in 60,4 faizi istehsal sahələrində formalaşıb ki, bunun 50,1 faizi sənayedə, 7,8 faizi tikinti kompleksində, 2,5 faizi kənd, meşə və balıqçılıq təsərrüfatlarında istehsal edilib. ÜDM-in 39,6 faizi xidmət sektorunda yaradılıb. Məhsula və idxala xalis vergilər ÜDM-in 6,7 faizini təşkil edib.

Xidmət sektorunda ÜDM-in 7,8 faizi nəqliyyat vasitələrinin ticarəti və təmiri, 7,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,1 faiz turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və kommunikasiya xidmətləri, 15,6 faiz sosial və xidmət sahələrinin payına düşür.

Hesabatda deyilir ki, ötən ilin analoji dövrü ilə müqayisədə iqtisadiyyatın qeyri-neft sektoru 7,7 faiz artıb və ümumi daxili məhsulda onun payı 53,8 faiz təşkil edib. Neft və qaz hasilatı və emalı sahəsində əlavə dəyəri istehsalının həcmi altı faiz azalıb.

Ötən ilin analoji dövrü ilə müqayisədə 2014-cü ilin yanvar ayında tikintidə əlavə dəyər istehsalı 18,9 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə 15,7 faiz, nəqliyyat vasitələrinin ticarəti və təmiri 9,3 faiz, informasiya və kommunikasiya xidmətləri 3,6 faiz, kənd, meşə və balıqçılıq təsərrüfatlarında 3,3 faiz, nəqliyyat və anbar təsərrüfatında 5,5 faiz, sosial və xidmət sahələrində 3,6 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti