Azərbaycan, Bakı, 18 fevral /Trend/
Təminatlı pul bazarı (TPB) seqmentinin iştirakçı banklarının qərarı ilə "Xalq Bank" TPB-nin yeni üzvü olub. Bu barədə Trend-ə bankdan məlumat verilib.
Beləliklə, bazar iştirakçılarının sayı 12-yə çatıb.
Xatırladaq ki, 2009-cu il oktyabrın 21-də Azərbaycan Mərkəzi Bankı, Bakı Banklararası Valyuta Birjası və pul bazarının bir sıra market-meyker bankları (ASC "Dəmirbank", ASC "AGBank", İKB "Nikoil", QSC "Standard Bank", ASC "Paşabank", ASC "Unibank" və ASC "Bank of Baku") arasında kollektiv saziş imzalanıb. Həmin sazış pul bazarının yeni seqmenti üçün hüquqi əsas təşkil edib.
TPB - banklararası kredit bazarının bir seqmentidir ki, burada kredit əməliyyatları üzrə öhdəliklərin yerinə yetirilməsi Mərkəzi Bank tərəfindən təmin olunur. Banklara təqdim edilən ticarət limitləri Mərkəzi Bank tərəfindən müəyyən edilir və bütün iştirakçılarla razılaşdırılır. Bu limitlərin dəyişdirilməsi haqqında qərar, həmçinin Mərkəzi Bank tərəfindən baxılır və qəbul edilir. Sazişin hər bir iştirakçı bankı ayda 2 milyondan artıq vəsait cəlb edə bilməz. Kreditin maksimal müddəti 90 günlə məhdudlaşır. Faiz dərəcələri, həmçinin banklar tərəfindən sərbəst şəkildə müəyyən edilir.